Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > IPHR-in Azərbaycan hakimiyyətinə

IPHR-in Azərbaycan hakimiyyətinə


18-09-2020, 10:13.
title}
IPHR-in Azərbaycan hakimiyyətinə


International Partnership for Human Rights - IPHR (“İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq”) təşkilatı Azərbaycan prezdenti İlham Əliyevə açıq məktub göndərərək, müxalifətçi Tofiq Yaqublu barəsində ittiham hökmündən narahatlığını bildirib.

CivilAzerbaijan.com
bildirir ki, IPHR-nin saytında dərc edilmiş məktubda Yaqublunun işi üzrə məhkəmə “beynəlxalq ədalət standartlarına uyğun olmayıb”, deyə qeyd edilir.

“Tofiq Yaqublunun saxlanılması və mühakiməsi zamanı ədalətli məhkəmə standartlarının və Azərbaycan hökumətinin insan hüquqlarısahəsində beynəlxalq öhdəliklərinin pozulmasından narahatıq.

IPHR Tofiq Yaqubluya qarşı ittihamları onun siyasi baxışlarına görə qisas olaraq irəli sürülmüş əsassız ittiham hesab edən digər hüquq müdafiə qruplarına qoşulur”, deyə müraciətdə bildirilir.

Məktub müəllifləri xahişin təcili olmasını Yaqublunun səhhətinin sürətlə pisləşməsi ilə əlaqələndirirlər. O, üçüncü dəfədir həbs edilir. Bundan əvvəlki həbsi zamanı (2013-cü ilin fevralından 2016-cı ilin martına qədər) qanunsuz həbsinə etiraz əlaməti olaraq uzunmüddətli aclıq aksiyası keçirməsi ilə əlaqədar onun səhhəti əhəmiyyətli dərəcədə korlanmışdı.

“Bu məsələ Azərbycan hökumətinin dissident səsləri susdurmaq üçün apardığı siyasətin tərkib hissəsidir. İnsanları siyasi mövqelərinə görə təqib etmək fundamental ifadə hüququnu tapdalayır və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Biz həmçinin son günlər Tofiq Yaqublunun azad edilməsinə çağıran dinc nümayişçilərin dağıdılması üçün polis əməkdaşlarının cəlb edilməsi və ən az 20 nəfərin saxlanılması barədə məlumatlara görə narahatıq”, deyə bəyanatda qeyd edilir.

IPHR Tofiq Yaqublu barəsində qanunsuz hökmü pisləyir və prezident İlham Əliyevdən xahiş edir ki, bu məsələnin yenidən araşdırlması üçün addımlar atsın və Yaqublu dərhal və qeyd-şərtsiz buraxılsın.

* İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq 2008-ci ildə Brüsseldə təsis edilmiş müstəqil QHT-dir. Təşkilat müxtəlif ölkələrin vətəndaş cəmiyyətləri ilə sıx şəkildə əməkdaşlıq edir, insan hüquqlarının müdafiəsi məsələlərini qaldırır və həssas qrupların hüquqlarını müdafiə edir.
Geri qayıt