Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Lukaşenko qəfil və gizli andiçmə mərasimi keçirib
Lukaşenko qəfil və gizli andiçmə mərasimi keçirib23-09-2020, 20:57. |
Lukaşenkonun sentyabrın 23-də keçirdiyi gizli səsvermə həm qərbdə, həm də ölkə daxilində müxalifət üzvlərinin tənqidilə üzləşib. CivilAzerbaijan.com bildirir ki, mərasimdən sonra Minskdə spontan nümayişlər başlanıb. “Bizim dövlətçiliyimiz müstəqil dövlətləri dağıtmağı hədəfləyən, yaxşı inkişaf etmiş texnologiyalara söykənən görünməmiş problemlə üzləşməli oldu. Amma biz rəngli inqilabın alınmadığı azsaylı ölkələrdən birinə çevrildik, bəlkə də, yeganə belə ölkə olduq. Bu, ölkəsini itirmək istəməyən Belarus xalqının seçimi idi”, – Lukaşenko and içərkən deyib. Andiçmə mərasimindən dərhal sonra Lukaşenkonun seçkidə əsas rəqibi olmuş Svetlana Tixanovskaya deyib ki, onun “saxtalaşdırılmış” qələbəsini heç vaxt qəbul etməyəcək. O, dərhal vətəndaş itaətsizliyi kampaniyasına çağırıb. “Hər kəs prezident ola bilər. Konstitusiyanı götür, əlini üstünə qoy, bir neçə dəfə ‘And içirəm’ de və “Mən prezidentəm” sözləri yazılmış kağızı imzala və cibinə qoy”, – Txanovskayanın komandası bəyanatında bildirib. “Qanuni oğrunun tacqoyma mərasimi” 2002-2019-cu illərdə Belarusun Polşa, Fransa, UNRSCO və İspaniyada səfiri olmiş Paval Latuşko Telegram kanalında yazıb ki, ölkə “görünməmiş vəziyyətə düşüb”. O, hazırda müxalifətin Koordinasiya Şurasının üzvüdür: “Səslərin 80 faizindən çoxunu yığdığı iddia olunan, vəzifəsindən getməli olan prezident xüsusi əməliyyat keçirərək and içib. Çevik polisin mühafizəsi altında, gizlilik atmosferində, tələsik gətirilən məmurların əhatəsində. Bayram edən vətəndaşlar hanı bəs? Diplomatik korpus hanı?” “Düzünü desəm, bu, daha çox başqa bir qanuni oğrunun tacqoyma mərasiminə oxşayır”, – Latuşko əlavə edib. AzadAvropa/AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, Minsk sakinləri qəfil andiçmə mərasimindən Müstəqillik Sarayı yaxınlığında hərəkətlilik görüb agah olublar. Sosial mediada yayılan fotolarda əllərində “Kral lütdür”, “Qələbə xalqa məxsusdur” plakatları tutan adamlar görünür. Etirazçılar müxalifətin simvolu sayılan qırmızı-ağ rəngli bayraqlar qaldırıblar. Onların şəhər mərkəzində bəzi küçələri bağladığı xəbər verilir. Birləşmiş Ştatlar, Avropa Birliyi və digər Qərb ölkələri 9 avqust seçkisinin nəticələrini və nümayişçilərə qarşı zorakılığı pisləyiblər. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Lukaşenkanın andiçməsini şərh etməyib, ancaq onu deyib ki, “belə bir qərar veriblərsə, demək, bunu məntiqli hesab ediblər”. Rusiya etirazlar vaxtı Lukaşenkonu dəstəkləyib. *** Belarus Prezidenti Alyaksandr Lukaşenko qəfil andiçmə mərasimində daha altı illiyə dövlət başçısı kimi and içib. Ölkədə onun prezident elan olunmasına hələ də etiraz aksiyaları keçirilməkdədir. Rəsmi BelTA xəbər agentliyinin məlumatına görə, sentyabrın 23-də andiçmə mərasiminə “bir neçə yüz” aparıcı rəsmi dəvət olunub, ancaq kimlərin qatıldığı açıqlanmır. BelTA yazır ki, Lukaşenko sağ əlini konstitusiyaya qoyaraq and içib. Mərkəzi Seçki Komissiyasının sədri ona Belarus Respublikasının Prezidenti vəsiqəsini təqdim edib. Lukaşenko 26 illik hakimiyyəti dövründə görünməmiş etirazlarla üzləşib. Avqustun 9-da seçkidən sonra onun səslərin 80 faizindən çoxunu yığdığı açıqlanandan sonra ölkəni etirazlar bürüyüb. Etirazçılar Lukaşenkonun istefasını, azad və ədalətli seçki keçirilməsini tələb edirlər. 66 yaşlı Lukaşenko isə dinc etirazları zorakılıqla yatırdıb, saxlananlar onlara işgəncə verildiyini deyiblər. Müxalifət lideri Svetlana Tixanovskaya xəbərdarlıq edirdi ki, inauqurasiya keçirmək cəhdi “qanunsuz” hesab olunacaq. Geri qayıt |