Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Donald Trumpdan Qarabağdakı vəziyyətlə bağlı
Donald Trumpdan Qarabağdakı vəziyyətlə bağlı28-09-2020, 11:51. |
ABŞ Prezidenti Donald Trump dünən – sentyabrın 27-də Qarabağdakı vəziyyətlə bağlı bəyanat verib. CivilAzerbaijan.com bildirir ki, D.Trump Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacağını söyləyib. “Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi”, – Trump bazar günü axşam mətbuat üçün brifinqdə deyib. Bazar günü başlamış əməliyyatlarda azı 16 hərbçi və dinc sakinin həlak olduğu xəbər verilir. *** Habelə, ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıb Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı münaqişə bölgəsində - Təmas Xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlardan narahatdır. ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus bildirib ki, bu əməliyyatlar nəticəsində dinc sakinlər də daxil əhəmiyyətli sayda itkilər baş verib. Dövlət Departamentinin sözçüsü həlak olanların ailələrinə başsağlığı verib. Bu da xəbər verilir ki, dövlət katibinin müavini Stepehen Biegun Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnasakayana zəng edərək tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına və eskalasiyanın bundan sonra da artmaması məqsədilə mövcud kommunikasiya xətlərindən istifadəyə çağırıb”. ABŞ dövlət katibinin müavini habelə tərəfləri davakar ritorikadan çəkinməyə çağırıb: “Biz tərəfləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə işləyərək mümkün qədər tez əsaslı danışıqlara qayıtmağa çağırırıq. ATƏT-in Minks qrupunun üzvü kimi ABŞ tərəflərə sülhə və münaqişənin dayanıqlı çözümünə nail olunmasına dəstək verməyə sadiq qalır”. Geri qayıt |