Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Ermənistan DTX başçısı işdən Azərbaycana görə çıxarılıb? -
Ermənistan DTX başçısı işdən Azərbaycana görə çıxarılıb? -8-10-2020, 19:25. |
Paşinyan bu gün daha öncə bildirmişdi ki, DTX Yerevanda Stepanakert (Xankəndi) sakinini saxlayıb. Həmin şəxs Dağlıq Qarabağda cəbhə xəttində yerləşən Ermənistan hərbi postlarından birində saxta informasiya yaymaqda şübhəli bilinir CivilAzerbaijan.com bildirir ki, bu gün – oktyabrın 8-də Ermənistanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) başçısı Arqişti Kyaramyan vəzifədən kənarlaşdırılıb. Xəbəri “Interfax” prezident fərmanına istinadla yayıb. Hazırda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda Ermənistan qüvvələri ilə döyüşlər gedir. Azərbaycan tərəf Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi ələ keçirdiyini bildirir. *** AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti yazır ki, Baş nazir Nikol Paşinyanın təklifi əsasında Prezident Armen Sarkisyan oktyabrın 8-də belə bir sərəncam imzalayıb. Baş nazirin təklifilə imzalanmış başqa bir sərəncamla xidmətin direktor müavini vəzifəsini tutmuş Mikael Hambardzumyan qurumun direktoru vəzifəsini icra etməyə başlayıb. Sənədlər Ermənistan prezidentinin rəsmi vebsaytında dərc olunub. İşdən çıxarılmanın səbəbi açıqlanmayıb. Kyaramyan bu vəzifəyə iyunda təyin olunmuşdu. “Sizi qırğına verirlər” Paşinyan bu gün daha öncə bildirmişdi ki, DTX Yerevanda Stepanakert (Xankəndi) sakinini saxlayıb. Həmin şəxs Dağlıq Qarabağda cəbhə xəttində yerləşən Ermənistan hərbi postlarından birində saxta informasiya yaymaqda şübhəli bilinir. İddialara görə, həmin informasiya hərbçilərin postdan geri çəkilməsi, Azərbaycan ordusunun onu ələ keçirməsi ilə nəticələnib. “Hazırda siyasi daxil olmaqla müxtəlif nəzəriyyələr nəzərdən keçirilir”, – Paşinyan vurğulayıb. Paşinyan Facebook-da yazıb ki, kimlərinsə ön cəbhəyə gedərək əsgərlərə bu sözləri deməsi haqda siqnal alıblar: “Nikol torpaqları satıb, bu, əslində danışılmış müharibədir, sizi buraya gətirib qırğına verirlər, razılaşmanı gizlətməyə çalışırlar, mövqeləri saxlamağın mənası yoxdur”. Paşinyan yazıb ki, insidentlə bağlı araşdırma başlanıb, “sıralarımızda satqınlara yer yoxdur”. Bu insidentin Kyaramyanın işdən çıxarılması qərarıyla əlaqəli olub-olmadığı bəlli deyil. Geri qayıt |