Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Nikol Paşinyan güzəştlərə hazır olduğunu bəyan edib
Nikol Paşinyan güzəştlərə hazır olduğunu bəyan edib26-10-2020, 22:12. |
"Ermənistan münaqişəni nizamlamaq üçün maksimum elastik idi. Amma Azərbaycan bunu istəmədi". CivilAzerbaijan.com Turan-a istinadla bildirir ki, bu barədə oktyabrın 26-da Ermənistan baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində canlı yayında bəyan edib. "Biz nəyəsə razılaşırdıqsa, bu, artıq Azərbaycan üçün qəbuledilməz idi, çünki onlar daha çox şey istəyirdilər. İndi Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasını deyil, ən azı Qarabağın təslim olmasını istəyir", deyə Paşinyan bildirib. "İndi mən istəyirəm ki, biz bir suala cavab verək. Erməni xalqı güzəştlərə hazırdır? Düşünürəm ki, bəli, erməni xalqı buna hazırdır. Biz hətta ağrılı güzəştlərə də hazırıq, amma erməni xalqı təslimiyyətə hazırdır? Düşünürəm ki, erməni xalqı buna hazır deyil", deyə Paşinyan bilirib. "Azərbaycanın tələbinin Qarabağın təslimiyyətindən deyil, güzəştlərdən ibarət olmasını təmin edəcək vəziyyət yaratmaq üçün resurslar tapmağı bacarmalıyıq", deyən Ermənistan lideri Ermənistanın hansı güzəştlərə hazır olduğunu dəqiqləşdirməyib. Geri qayıt |