Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Putin: “Bunlar əzəli Azərbaycan əraziləridir”

Putin: “Bunlar əzəli Azərbaycan əraziləridir”


29-10-2020, 23:33.
title}
Putin: “Bunlar əzəli Azərbaycan əraziləridir”


"Rusiya lap əvvəldən Ermənistanın işğal etdiyi “beş və daha iki rayonun” Azərbaycana verilməsinin mümkünlüyündən danışıb”.

CivilAzerbaijan.com
bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin “VTB Kapital” “Rossiya zovyot!” investisiya forumunun iclasında söyləyib.

“Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, - bizim mövqeyimiz isə tamamilə açıqdır, -Azərbaycana beş üstəgəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və s. barədə danışmaq lazımdır”, - o deyib.

Prezident xatırladıb ki, münaqişə etnik toqquşmalardan başlayıb və Sovet İttifaqı rəhbərliyi insanların təhlükəsizliyini təmin etmək üçün heç bir təsirli tədbir görməyib.

“Ermənilər silaha əl atıblar və bunu özləri ediblər. Onlar yaxşı hərəkət ediblər, ya pis, amma əvvəlcə etnik zəmində bu neqativ hadisələr onların hərəkətlərinə şərait yaradıb. Bu da ona gətirib çıxarıb ki, Dağlıq Qarabağın özü, həm də Azərbaycanın daha yeddi rayonu Ermənistanın nəzarəti altına düşüb. Bu, yaxşıdır, ya yox?”, - Putin deyib.

“Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir. Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq hüququmuz var. Hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb”, - prezident əlavə edib.

O, münaqişənin uzunmüddətli həllini “hər iki tərəfi -həm həmişə hörmətlə yanaşdıqları Azərbaycan xalqını, həm də erməni xalqını qane edən mənafelər balansını tapmaqda” görür, - Turan-ın məlumatında qeyd olunur.
Geri qayıt