Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > ABŞ-ın 46-cı Prezidenti Joe Bidenin Rusiyaya münasibəti necə olacaq?

ABŞ-ın 46-cı Prezidenti Joe Bidenin Rusiyaya münasibəti necə olacaq?


8-11-2020, 22:29.
title}
ABŞ-ın 46-cı Prezidenti Joe Bidenin Rusiyaya münasibəti necə olacaq?


ABŞ prezidentləri Corc W. Buş və Barak Obama ilk dəfə seçildiklərində hər ikisi də Rusiya lideri Vladimir Putinlə əlaqə quracaqlarını və ABŞ-Rusiya münasibətlərini kəskin şəkildə yaxşılaşdıracaqlarını düşünürdülər. Lakin onların Putinə verdiyi qiymət sürətlə dəyişdi.

CivilAzerbaijan.com
bildirir ki, ilk üz-üzə görüşündən sonra Putin haqqında təəssüratını soruşduqda Buş “onun gözünə baxdım. Onu çox düz və etibarlı gördüm - ruhunu hiss edə bildim” - deyə, bildirmişdi.

Obama isə səkkiz il sonra açıq şəkildə münasibətlərinin yenidən qurulmasını istəyini desə də, ümidləri Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadası ilhaq etməsi ilə boşa çaxdığını gördü.

Keçmiş diplomatlar və analitiklər deyirlər ki, Obamanın vitse-prezidenti olaraq yenidənqurma strategiyasını dəstəkləyən Joe Biden sələflərindən nümunə götürməyəcək.

O, prezidentlik kampaniyası dövründə CNN-in bələdiyyə binasında “mən Rusiyanın bir rəqib olduğuna inanıram” - deyə, bildirmişdi. Bunun əksinə olaraq Çini “ciddi bir rəqibətçi” adlandırmişdı.

Prezidentlik kampaniyası dövründə Biden Respublikaçı rəqibini Putinə qarşı yumşaq davranmaqda günahlandıraraq, Rusiya mövqeyində prezident Donald Trumpdan fərqlənməyə çalışmişdı.

Ötən ayın əvvəlində Biden rəqibini Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə susduğuna görə tənqid edərək, buna görə Moskva hökumətini açıq şəkildə günahlandırmışdı.

"Kreml yenə də siyasi rəqibini susdurmaq üçün sevimli silahından - Noviçok kimyəvi maddələr agentindən istifadə etdi. Bu, paranoyak Rusiya rejiminin heç bir tənqidə və ya müxalifətə dözmək istəmədiyinə işarədir" - deyə, Biden bildirmişdi.

Namizədlər təşviqat kampaniyaları zamanı hər şey deyə bilər, lakin vəzifədə başqa şey edə bilər. Bəzən vəziyyət və ya hadisələrin gedişi səbəbindən az seçim ola bilər. Prezident Biden vəd etdiyi kimi Rusiyaya qarşı qoluqüvvətli bir yanaşma tətbiq edəcəkmi?

Buş administrasiyasında dövlət katibinin köməkçisi David Kramer deyib ki, düşünmürəm ki, Biden Putini yağlamaq üçün baş əyəcək. Moskva ona qarşı dezinformasiya kampaniyasını davam etdirir və bu səbəbdən əlini uzadıb“ hər şey yaxşıdır” deyəcəyini düşünmürəm” , Kramer əlavə edib

Şəxsi əlaqələrin olmaması fonunda analitiklər münasibətləri bərpa etmək səylərinin həm Obama, həm də Trump administrasiyaları tərəfindən Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalarla çətin olacağını deyir.

AmerikanınSəsi-nin məlumatında qeyd olunur ki, bu ölçülər Bidenə çox az manevr imkanı verəcək və Qərb dövlətləri Rusiyanın onlara qarşı kiberhücumlar həyata keçirdiyinə inandığı halda sanksiyaların ləğvi ehtimalı çox azdır.
Geri qayıt