Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Sergey Lavrovdan Türkiyə sülhməramlıları ilə bağlı

Sergey Lavrovdan Türkiyə sülhməramlıları ilə bağlı


12-11-2020, 17:23.
title}
Sergey Lavrovdan Türkiyə sülhməramlıları ilə bağlı


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 12-də Rusiya və xarici mediaya müsahibə verib.

CivilAzerbaijan.com
-un məlumatına görə Sergey Lavrov bəyan edib ki, Dağlıq Qarabağda Türkiyə sülhməramlıları yerləşdirilməyəcək. Rusiya Türkiyə ilə monitorinq mərkəzinin qurulmasını razılaşdırıb və bu mərkəz Azərbaycan ərazisində yerləşəcək.

"Biz türkiyəli həmkarlarımızla monitorinq mərkəzinin qurulmasını razılaşdırmışıq. Bu mərkəz Azərbaycan ərazisində, münaqişə zonasından kənarda yerləşəcək, texniki imkanlarla həm havada, həm də Dağlıq Qarabağda quruda baş verənləri məsafədən izləmək imkanı verəcək", – o bildirib.

Lavrovun sözlərinə görə, Türkiyə ilə ümumi vəzifələri sülhməramlı əməliyyatların getdiyi rayonda vəziyyəti texniki vasitələrlə monitorinq etməkdir. "Əməliyyatı müstəsna olaraq Rusiya Federasiyasının Silahlı Qüvvələrinə məxsus kontingent aparır, burada ikimənalı heç nə yoxdur. Bizim türkiyəli tərəfdaşlarımız bunu gözəl başa düşürlər", – nazir deyib.

"Türkiyə Respublikasından Dağlıq Qarabağa heç bir sülhməramlı yollanmayacaq. Bu haqda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs bəyanatında dəqiq bildirilib", – o vurğulayıb, AzadlıqRadiosu-nun məlumatında qeyd olunur.
Geri qayıt