Əsas Səhifə > Dünya / İntervü / Manşet / Üst manşet > Pol Qobl: Sülhməramlıların tərkibi dəyişə bilər

Pol Qobl: Sülhməramlıların tərkibi dəyişə bilər


13-11-2020, 16:02.
title}
Pol Qobl: Sülhməramlıların tərkibi dəyişə bilər


1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün Laçınla Mehrinin dəyişdirilməsi ideyasını da ehtiva edən nizamlanma variantını təklif edən məşhur Amerikalı politoloq Pol Qobl olub.

CivilAzerbaijan.com
P.Qoblun Turan-a eksklüziv müsahibəsini təqdim edir:

- Laçın dəhlizinin Mehridən keçən dəhlizlə dəyişdirilməsi ideyasının müəllifisiniz. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda nizamlanma ilə bağlı 10 noyabr tarixli razılaşması sizin ideyanızın həyata keçməsi deməkdirmi?

- Mənim ideyam daha geniş miqyaslı idi, amma Azərbaycan və Naxçıvan arasında tranzit dəhlizin yaradılması mənim təxminən 30 il əvvəl təklif etdiyim istiqamətdə atılan mühüm addımdır. Ümid edirəm ki, zamanla o, daha da əhəmiyyət qazanacaq və müəyyən “suverenlik” əldə edəcək.

- Üç ölkə liderinin 10 noyabr tarixli bəyanatı ABŞ və Fransanın iştirakı olmadan verilib. Bunun səbəbi nədir? Nəticələri nə olacaq?

- Rusiya regionda əhəmiyyətə malik yeganə qüvvə olduğunu göstərmək istəyirdi. ABŞ-ın başı qarışıqdı, Fransa hələ də təkbaşına necə hərəkət edəcəyini bilmir. Hesab edirəm ki, ABŞ-da yeni administrasiya hakimiyyətə gəldikdə Vaşinqton yenidən daha əhəmiyyətli rol oynamağa başlayacaq və Moskvanın sülhməramlıları təkbaşına yeritməsinə etiraz edəcək, çünki, bu, beynəlxalq hüquqa əsasən münaqişə tərəfi olan ölkə üçün düzgün deyil.

- Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış Bəyanatın müddəalarının həyata keçirilməsi nə dərəcədə realdır?

- Burada müqavilə və ya saziş deyil, birgə bəyanat olması mühüm məqamdır. Bir çox müddəaların ciddi şəkildə sınaqdan keçiriləcəyini təxmin edirəm. Bununla belə, şiddətin səngiyəcəyini və Azərbaycanın diqqətini yenidən əldə etdiyi əraziləri təkrarən dirçəldmək işi ilə məşqul olmagını, Ermənistanın isə Rusiyanın müttəfiq rolundan imtina etməsindən sonra başqa müdafiəçi axtarmağa başlayacağını gözləyirəm.

- Münaqişədə Türkiyənin rolunu necə qiymətləndirirsiniz?

- Türkiyə öz kartlarını yaxşı oynayıb. O, öz təsirini genişləndirib, amma Rusiyanın mövqeyinin onun fəaliyyət göstərmək qabiliyyətini hələ də məhdudlaşdırdığı görünür. Amma düşünürəm ki, Ankaranın rolu artacaq, Rusiyanın rolu isə azalacaq.

- Qarabağda üçüncü tərəfin sülhməramlıları yerləşdirilə bilər?

- Əlbəttə yerləşdirilə bilər. Ümid edirəm ki, ABŞ və Fransa razılaşmaların Rusiyanın fors-major hallarına deyil, beynəlxalq hüquqa uyğun olmasında israr edəcək.

- Azərbaycanlılar və ermənilər gələcəkdə bu regionda sülh içərisində yaşaya bilərmi?

- Bunun mümkün olacağına ümid var, amma bu, bir tərəfin digər tərəfə nəyisə zorla qəbul etdirdiyini ya da bunu kənardan kiminsə etdiyini deyil, hər iki tərəfin razılaşmalardan nə isə əldə etdiyini hesab edəcəyi təqdirdə baş verəcək.
Geri qayıt