Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Avropa Parlamentindən Türkiyəyə qarşı

Avropa Parlamentindən Türkiyəyə qarşı


27-11-2020, 02:23.
title}
Avropa Parlamentindən Türkiyəyə qarşı


Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələri Türkiyənin Aralıq dənizindəki davarnışına görə Ankaraya qarşı sərt sanksiyalara çağıran qətnamə qəbul edib.

CivilAzerbaijan.com
bildirir ki, Avropa Parlamentinin saytında dərc olunmuş xəbərdə deyilir ki, qətnaməyə səsvermə noyabrın 26-da parlamentin plenar iclasında keçirilib.

Sənədin leyhinə 631, əleyhinə isə 3 deputat səs verib.

Qətnamədə deyilir ki, Avropa İttifaqı üzvləri Türkiyənin qanunsuz hərəkətlərinə münasibətdə vahid xətt tutmalıdırlar.

Sənəddə qeyd olunur ki, Türkiyənin Kiprin işğal edilmiş hissəsində Varoşa kurortunu açması Kipr probleminin çözümünə ciddi maneə yaradır:

“Avropa Parlamentinin deputatları Türkiyəni Varoşanı 1984-cü il 550 nömrəli BMT qətnaməsinə uyğun olaraq onun qanuni sakinlərinə verilməsinə və qanunsuz məskunlaşdırma yolu ilə adadakı demoqrafik balansı dəyişdirən bütün hərəkətlərdən çəkinməyə çağırırlar”.

Qətnamədə bu da xatırladılır ki, Ankaranın Aralıq dənizində, Liviya və Suriyadakı hərəkətlərinə və Dağlıq Qarabağ münaqişəsində “Azərbaycana göstərdiyi birbaşa dəstəyə” görə Türkiyə və Avropa İttifaqı arasında münasibətlər tarixən ən aşağı həddinə enib.

Avropa İttifaqı və Türkiyə arasındakı münasibətlər Avropa İttifaqı liderlərinin 10-11 dekabrda keçiriləcək sammitində diqqət mərkəzində olacaq.

Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, Fransa, Yunanıstan və Kipr başda olmaqla bəzi Aİ üzvləri Türkiyə üzərinə sanksiyaların qoyulmasına çalışırlar.
Geri qayıt