Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Putin və Paşinyandan Qarabağ münaqişəsi zonasındakı vəziyyət barədə

Putin və Paşinyandan Qarabağ münaqişəsi zonasındakı vəziyyət barədə


2-12-2020, 15:55.
title}
Putin və Paşinyandan Qarabağ münaqişəsi zonasındakı vəziyyət barədə


"Ermənistan və onun xalqı öz tarixinin çətin dövrünü yaşadı, lakin Qarabağa dair lazımi qərarlar qəbul edildi".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə RF prezidenti Vladimir Putin çərşənbə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında söyləyib.

"Həqiqətən Ermənistan və erməni xalqı öz tarixinin çox mürəkkəb dövrünü yaşadı və Ermənistan rəhbərliyi, baş nazir Ermənistan xalqı üçün çox mürəkkəb, lakin zəruri olan qərarları qəbul etməyə məcbur oldu",- Putin qeyd edib.

O, bu qərarları "ağrılı, lakin zəruri" adlandırıb və qeyd edib ki, onların qəbulu Ermənistanın baş naziri Nikol Paşinyandan böyük şəxsi cəsarət tələb edib.

"Bu aydın bir şeydir. Bugünkü müşavirədə iştirak edənlərin hər biri bu cür qərarların qəbulu zamanı məsuliyyət dərəcəsini başa düşür. O bu məsuliyyəti öz üzərinə götürdü", - Putin deyib və əlavə edib ki, KTMT üzrə həmkarların vəzifəsi dinc həyatı qurmaq, qəbul olunmuş bütün qərarların icrasına nail olmaq və çətin vəziyyətə düşmüş insanlara yardım göstərmək üçün Ermənistanın baş nazirini və onun komandasını dəstəkləməkdən ibarətdir.

"Qan tökülməsinin qarşısını almaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyadan çox böyük vasitəçilik səyləri tələb olunurdu",- o qeyd edib. Bununla yanaşı, Rusiya ATƏT-in Minsk Qrupunda, əsasən onun həmsədrləri arasında əldə edilmiş əsas razılaşmalara əməl etdi.

"Rusiya tərəfi Yerevan və Bakı ilə koordinasiya şəraitrində artıq bütün bu məsələlərlə məşğul olur. Moskva KTMT və MDB üzrə bütün tərəfdaşların bu humanitar təşəbbüslərə qoşulmasında maraqlıdır",- Putin əlavə edib. Onun sözlərinə görə, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları da müzakirə olunur.

Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlərin və girovların, həlak olanların cəsədlərinin dəyişdirilməsi ilə bağlı məsələləri təcili həll etməyə çağırıb. O deyib ki, hərbi əsirlərə, saxlanılan şəxslərə zorakılığın tətbiqi və onların ləyaqətinin alçaldılması hallarını istisna etmək lazımdır.

Turanın məlumatında qeyd olunur ki, onun sözlərinə görə, Qarabağ ermənilərinin öz evlərinə qayıtmasına şərait yaratmaq və Azərbaycanın nəzarəti altında olan ərazilərdə ermənilərin mədəni və dini abidələrinin qorunması üçün tədbirlər görmək lazımdır.
Geri qayıt