Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Robert Koçaryan Moskvaya gedib -

Robert Koçaryan Moskvaya gedib -


17-12-2020, 13:59.
title}
Robert Koçaryan Moskvaya gedib -


Dekabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan istefa verdiyini və növbədənkənar parlament seçkiləri keçiriləcəyini elan edəcək.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Bir gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan da tezliklə istefa verəcəyini bəyan edib.

Ermənistan KİV-lərinin məlumatına görə, o, hakimiyyəti "Qarabağ Təhlükəsizlik Şurasının" hazırki sədri Vitali Balasanyana təhvil vermək niyyətindədir. Eyni zamanda, bütün yerli rəhbərlərin istefa verəcəyi və "müvəqqəti hökumət" formalaşdırılacağı gözlənilir. "Müvəqqəti hökumət"də əsas vəzifələri daşnakların tərəfdarları tutacaq.

Bu fonda Ermənistanın sabiq prezidenti Robert Koçaryan Moskvaya "üç günlük şəxsi səfərə" gedib. Göründüyü qədər, Koçaryan Qarabağın və Ermənistan hökumətinin gələcəyi ilə bağlı məsələləri həll etməyə çalışacaq.

Turanın məlumatına görə, son vaxtlar Ermənistanda Rusiyanın Qarabağ üzərində protektoratı ideyasının tərəfdarı olanlar xeyli fəallaşıb. Belə qüvvələr ən çox Qarabağın özündədir və onlar Qarabağ ermənilərinə Rusiya vətəndaşlığı verilməsi planlarını gizlətmirlər. Onların fikrincə, bu, onların müdafiəsinə zəmanət verir və Qarabağın Azərbaycanın tərkibinə qaytarılması mümkünlüyünü istisna edir.
Geri qayıt