Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Ermənistanla Azərbaycan arasında sərhəd məsələlərini FTX direktoru həll edir?

Ermənistanla Azərbaycan arasında sərhəd məsələlərini FTX direktoru həll edir?


18-12-2020, 13:21.
title}
Ermənistanla Azərbaycan arasında sərhəd məsələlərini FTX direktoru həll edir?


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov cümə günü səhər tezdən Yerevana gedib.

CivilAzerbaijan.com
bildirir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti təsdiqləyib, ancaq səfərin məqsədini açıqlamayıb.

Ötən gün Ötən gün Ermənistan KİV bildirib ki, Bortnikov baş nazir Paşinyanın xahişilə gələcək. Məqsəd Azərbaycanla mübahisəli sərhədlərin nizamlanmasıdır. Ermənistan KİV-in məlumatına görə, Bortnikov bir neçə saat Yerevanda qalacaq və oradan Bakıya gedəcək.

Əgər bu məlumat həqiqətə uyğundursa, söhbət Ermənistanla dövlət sərhəddinin bərpası zamanı Azərbaycanın tələblərini yumşaltmaq cəhdindən gedir. Belə ki, ermənilər 30 il işğal ərzində Azərbaycan torpaqlarında yol çəkiblər və digər infrastruktur tikiblər. İndi onlar təklif edirlər ki, sərhəddi elə çəkilsin ki, yollar onların tərəfində qalsın. Bu zaman kompensasiya məqsədilə ərazi mübadiləsi istisna edilmir.

Bu gün saat 17.00-dək ermənilər Zəngilanda işğal olunmuş əraziləri qaytarmalıdırlar ki, bu da bilavasitə Qafan şəhərinə yaxındır. Bu, həmin torpaqlardan getməkdən imtina edən yerli sakinlərin etirazına səbəb olub. Eyni zamanda, erməni qoşunları oradan çıxarılıb, amma silahlı könüllülər getməkdən imtina edirlər.

Gorusdan Qafana doğru yol boyunca da analoji vəziyyətdir, Turanın məlumatında qeyd olunur.
Geri qayıt