Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Rusiyadan Azərbaycanla sərhəddə vurulan helikopterlə bağlı

Rusiyadan Azərbaycanla sərhəddə vurulan helikopterlə bağlı


21-12-2020, 15:21.
title}
Rusiyadan Azərbaycanla sərhəddə vurulan helikopterlə bağlı


Rusiya Federasiyası Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan-Azərbaycan sərhəddində vurulan Rusiyaya məxsus helikopterlə bağlı sualı cavablandırıb.

CivilAzerbaijan.com
bildirir ki, Kremelin mətbuat katibi məsələ ilə əlaqədar rəsmi Moskva və Bakının sıx şəkildə əməkdaşlıq etdiyini söyləyib. Daha sonra isə o, tərəflər arasında dialoqun davam etdiyini bəyan edib.

"Moskva və Bakı bütün məsələlər üzrə sıx və konstruktiv dialoq aparır. Suala cavab olaraq yalnız bunu söyləyə bilərəm”, - deyə Dmitri Peskov açıqlama verib.

Qeyd edək ki, noyabrın 9-da Ermənistanın Azərbaycan sərhədi yaxınlığındakı ərazisində Rusiyaya məxsus “Mi-24” helikopteri vurulub, nəticədə iki pilot həlak olub, biri yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı dərhal bəyanat yayaraq bildirib ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib. Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirib.

Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə də başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını diləyib.

Azərbaycan müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu da bəyan edib.
Geri qayıt