Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Rusiya, Ermənistan və Azərbaycanın Qarabağla bağlı birgə bəyanatının

Rusiya, Ermənistan və Azərbaycanın Qarabağla bağlı birgə bəyanatının


11-01-2021, 20:58.
title}
Rusiya, Ermənistan və Azərbaycanın Qarabağla bağlı birgə bəyanatının


11 yanvar 2021-ci ildə Moskvada aparılan danışıqların yekunlarına dair Rusiya, Ermənistan və Azərbaycanın birgə bəyanatının mətni açıqlanıb.

CivilAzerbaijan.com
Turana istinadla bəyanatın там mətnini təqdim edir:

1. Bəyanatın 9 noyabr 2020-ci il tarixli bəndinin reallaşdırılması məqsədilə regionda bütün iqtisadi nəqliyyat əlaqələrinin açılması sahəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun yaradılması təklifi dəstəklənir.

2. İşçi qrupu 30 yanvar 2021-ci ilə qədər ilk iclas keçirəcək və onun nəticəsi olaraq, Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn əsas iş istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet kimi dəmir yolu və avtomobil rabitəsini müəyyənləşdirəcək, həmçinin bundan sonra Tərəflər adlandırılan: Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşdırmaya əsasən, digər istiqamətləri müəyyənləşdirəcək.

3. İşçi qrupunun həmsədrinin fəaliyyətinin əsas istiqamətlərinin həyata keçirilməsi məqsədi ilə bu istiqamətlər üzrə ekspert yarımqruplarının tərkibi səlahiyyətli hakimiyyət orqanlarının və tərəflərin təşkilatlarının vəzifəli şəxsləri arasında təsdiq ediləcək. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində tərəflər tərəfindən onların həyata keçirilməsi və təsdiq edilməsi üçün zəruri resursların və tədbirlərin əsaslandırılması ilə layihələrin siyahısını təqdim edəcəklər.

4. İşçi qrupu 1 mart 2021-ci ilə qədər Azərbaycan Respublikası vasitəsilə Ermənistan Respublikasına həyata keçirilən beynəlxalq daşımaların, eləcə də Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan nəqliyyat infrastrukturunun yeni obyektlərinin bərpasını və tikintisini nəzərdə tutan tədbirlərin, eləcə də həyata keçirilən daşımaların yüksək səviyyədə təsdiq edilməsi üçün Tərəflər siyahı və icra qrafikini təqdim edəcək.

Rusiya, Ermənistan və Azərbaycanın Qarabağla bağlı birgə bəyanatının


Rusiya, Ermənistan və Azərbaycanın Qarabağla bağlı birgə bəyanatının

Geri qayıt