Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Ermənistanda özünü azərbaycanlı kimi təqdim edən şəxs

Ermənistanda özünü azərbaycanlı kimi təqdim edən şəxs


16-02-2021, 12:06.
title}
Ermənistanda özünü azərbaycanlı kimi təqdim edən şəxs


Özünü azərbaycanlı kimi təqdim edən Ermənistan vətəndaşı itkin əsgərlərin yaxınlarından pul qopartmaq cəhdlərinə görə saxlanıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun məlumat verib.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirir ki, Facebook-da özünü azərbaycanlı Əziz Muradov kimi təqdim edən Ermənistan vətəndaşı bu sosial media platformasında itkin düşmüş əsgərlərin qohumları olan qadınlarla əlaqə yaradıb. Bunların arasında 16 yaşına çatmamış qız uşağı da var.

Həmin şəxs itkin əsgərlərin qohumlarına onların yeri və saxlanma şəraiti barədə yanlış məlumatlar verib. O, itkinlər barədə infiormasiyanın müqabilində qadınlardan çılpaq şəkil və videolarının göndərilməsini tələb edib. Bu şəxs əks halda itkin sayılan əsgərlərin öldürüləcəyi ilə hədələyirdi.

Ermənistan MTX-nin məlumatına görə bu Facebook istifadəçisi itkin əsgərlərdən narahat qadınların istismarı ilə məşğul olub.

Şübhəlinin şəxsiyyəti açıqlanmır

Ermənistan MTX-nin yaydığı videoda sözü gedən vətəndaşın saxlanaraq gətirilməsi görünür.

Sözü gedən şəxsin kim olduğu açıqlanmır. O təqsirini etiraf edib və və hərəkətlərindən peşman olduğunu deyib. Onun hansı maddə ilə məsuliyyətə cəlb edildiyi də məlum deyil.

Məhkəməyə ona qarşı həbs-qətimkan tədbirinin görülməsinə dair vəsatət daxil olub.

Azatutyun bildirir ki, ilkin istintaqda sözü gedən şəxsin hərəkətlərindən zərər çəkmiş on qadın ifadə verib. Bu da xəbər verilir ki, şübhəlinin evində aparılmış axtarış əsnasında onun istifadə etdiyi mobil telefonlar tapılıb.

Qaraxanyan ailəsi

Xəbərdə deyilir ki, MTX-nin saxlananın hansı maddə üzrə şübhəli olduğunu bildirməməsinə baxmayaraq, söhbətin son dərəcə ağır cinayətdən getdiyi bildirilir.

Sözü gedən maddə 10-12 il müddətində azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Azatutyun xəbər verir ki, zərərçəkənlərin arasında Qaraxanyanlar ailəsi də var. Hələ yanvar ayında axtarış əməliyyatı əsnasında 43 yaşlı müharibə iştirakçısı Arsen Qaraxanyanın meyiti tapılmışdı.

4 uşaq atası olan Qaraxanyan əslən Hadrut rayonundandır. Yaxınları üç ay ərzində ondan heç bir xəbər tuta bilməmişdilər.

Bundan sonra özünü Əziz Muradov kimi təqdim edən şəxs onlarla əlaqəyə girmişdi.

Bu barədə məlumatı AzadlıqRadiosuna mərhumun qardaşı Karen Qaraxanyan vermişdi.
Geri qayıt