Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Nikol Paşinyan: “İsgəndər” raketlərini atdıq, partlamadı

Nikol Paşinyan: “İsgəndər” raketlərini atdıq, partlamadı


24-02-2021, 12:20.
title}
Nikol Paşinyan: “İsgəndər” raketlərini atdıq, partlamadı


"Buraxılan "İsgəndər" raketi partlamayıb və ya 10% partlayıb".

CivilAzerbaijan.com
bildirir ki, bu qeyri-adi bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress” Agentliyinin jurnalistinə müsahibəsində səsləndirib.

O bu barədə ölkənin eks-prezidenti Serj Sarkisyanın “müharibənin 3-4-cü günündə Ermənistan tərəfi "İsgəndər" raketindən istifadə etməliydi” ittihamına cavab verərkən deyib.

“Bəlkə onlar cavab verə bilər buraxılmışç “İsgəndər" (raket) niyə partlamayıb və ya məsələn, 10% partlayıb?". "Bəlkə 80-ci illərin silahı idi?",- Nikol Paşinyan deyib.

Turanın məlumatında qeyd olunur ki, bir müddət öncə Ermənistan SQ Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da böyük dağıdıcı qüvvəyə malik "İsgəndər"in tətbiqindən danışıb. Onun sözlərinə görə, raketlər tətbiq edilib, amma heç bir nəticə olmayıb.
Geri qayıt