Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Pavel Felgenhauerdən “İsgəndər”lər, sülhməramlılar və Qarabağın gələcəyi haqqında
Pavel Felgenhauerdən “İsgəndər”lər, sülhməramlılar və Qarabağın gələcəyi haqqında1-03-2021, 15:55. |
Ermənistanda baş verənlər hərbi çevrilişdir, amma hələ başa çatmayıb. O, ya baş nazirin istefası və ölkədə hakimiyyətin dəyişməsi ilə başa çatacaq, ya da baş nazir qalib gələcək, onda bu, artıq çevriliş cəhdi olacaq. CivilAzerbaijan.com bildirir ki, bu barədə “Azadlıq” Radiosunun Ermənistan xidmətinə müsahibəsində məşhur Rusiyalı hərbi icmalçı Pavel Felgenhauer bildirib. O, Moskvanın hərbiçilərin hazırlanan ultimatumundan xəbərsiz ola bilməyəcəyi, amma buna mane olmadığı haqqında fikir bildirib. “Moskvanın nə hazırlandığından xəbərsiz olduğuna şübhə edirəm. Bu isə, aydın məsələdir ki, əvvəlcədən hazırlanırdı. Bu, improvizasiya deyil. Hesab edirəm ki, Moskvanın bundan xəbəri olması ehtimalı çox böyükdür, belə ki, erməni hərbiçiləri rus hərbiçilərlə kifayət qədər yaxın ünsiyyətdədir və onların bəzilərinin müəyyən dərəcədə Moskvaya işləməsi də tamamilə mümkündür. Və Moskvanın reaksiyasından da. Yəni, aydındır ki, bu halda hərbiçilər Moskvada heç vaxt çox da sevilməyən, heç vaxt etibar edilməyən, Sorosun əlaltısı hesab olunan baş nazir Paşinyanı devirə bilsə Moskvada heç kim çox üzülməyəcək. ABŞ-ın reaksiyasına gəlincə, Vaşinqton da hər hansı ciddi addım atmayacaq. “Ermənistan ABŞ üçün ciddi strateji maraq kəsb etmir, Azərbaycan isə daha çox əhəmiyyət kəsb edir. Xüsusilə də Türkiyə”, deyə analitik qeyd edib. Rusiya istehsalı olan “İsgəndər”lərin partlamaya bilməsi ilə bağlı suala cavabda Felgenhauer bildirib ki, bu, mümkün deyil. Amma Paşinyanın “10% partlayıb” sözlərinin nə demək olduğu aydın deyil. Bundan başqa, ümumiyyətlə bu raketlərdən istifadə olunub-olunmadığı aydın deyil. 44 günlük müharibədə Ermənistan “Skad-B”, “Toçka-U” əməliyyat-taktiki ballistik raketlərindən istifadə edib. 2016-cı ildə Ermənistan Rusiyadan “İsgəndər” raketləri alıb. “Onlar nə dərəcədə təsirli ola bilərdi? Bilmirəm onlardan istifadə olunub, ya yox, amma əminəm ki, istifadə olunubsa da, onlar kifayət qədər təsirli olmayıb. Bu, möcüzəvi silah deyil. Onun üstünlükləri də var, nöqsanları da. Prinsipcə, Ermənistanın ondan nə dərəcədə səmərəli istifadə edə biləcəyi də aydın deyil. Çünki orada yüksək dəqiqlikli atış üçün xüsusi məlumatlar lazımdır”, deyə Felgenhauer bildirib. O, Ermənistanın bütün dəqiq məlumatların toplanmasını təmin etmək üçün texniki imkana malik olduğuna şübhə etdiyini bildirib. Rusiya Çeçen müharibəsində bənzər raketlərdən istifadə edib, amma onlar da dəqiqliyi ilə fərqlənmirdi. Gürcüstanla beş günlük müharibədə Gürcüstan ərazisinə 60-dan çox əməliyyat-taktiki ballistik raket atılıb. Bəzi hallarda təsiri yüksək olub, digər hallarda isə heç bir təsiri olmayıb. “Odur ki, baş nazir Nikol Paşinyan müəyyən mənada ballistik raketlərin təsirinin zəif olduğunu deyərkən həqiqəti söyləyib”, deyə ekspert qeyd edib. Eyni zamanda, Azərbaycan da ballistik raketlərdən istifadə edib, kifayət qədər səmərəli, Ermənistandan dəfələrlə səmərəli şəkildə istifadə edib. O, İsrail istehsalı olan Lora raketlərindən istifadə edib, onların atış məsafəsi təxminən “İsgəndər”lə eynidir və “İsgəndər”dən daha yüksək dəqiqliyə malikdir. İsrail raketlərində GPS-istiqamətləndirmə var. Bu, çox səmərəlidir və raketi “İsgəndər”dən daha asan istiqamətləndirmək olar. Həm də azərbaycanlıların lazımi hədəflərin GPS-koordinatlarını verən İsrail, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları var idi. Rusiya sülhməramlılarının rolu haqqında suala cavabda Felgenhauer deyib ki, onlar tarazlaşdırıcı rol oynayırlar. Moskva üçün Azərbaycan bir sıra səbəblərdən Ermənistandan daha əhəmiyyətli ola bilər, ekspert belə hesab edir. Ermənistanın nəzarəti altında qalan Qarabağa gəlincə, hərbi nöqteyi-nəzərdən onu saxlamaq qeyri-mümkündür. Rusiya sülhməramlıları Qarabağ uğrunda döyüşməyəcəklər. Azərbaycan üçün isə indi Qarabağ ordusunun tərksilah edilməsini sürətləndirmək maraqlı deyil. Əgərçi, aydındır ki, yaxın gələcəkdə Bakı bunu edəcək. “Aydındır ki, edəcəklər, çünki Qarabağın hər tərəfdən mühasirəyə alınmış hissəsini hərbi güclə saxlamaq olmaz”, deyə o qeyd edib. Analitik hesab edir ki, Moskva Türkiyənin fikrini nəzərə almalı və təsir sahələrini onunla bölüşməlidir. İndi Qarabağ ermənilərinin vəziyyəti acınacaqlıdır və yəqin ki, əsasən perspektivsizdir. “Onlara Azərbaycan vətəndaşlığı almaq təklif olunur, yəqin ki, verəcəklər, yeri gəlmişkən, hamıya deyil, hələ sovet hakimiyyəti dövründə orada dünyaya gəldiyini və ya sovet dövründə orada dünyaya gələnlərin övladları olduğunu sübut edə bilənlərə. Digərlərindən isə çıxmağı istəyəcəklər və onları tərksilah edəcəklər. Oranın öz silahlı qüvvələri olmayacaq”, deyə Felgenhauer bildirib. Azərbaycan da Rusiya ilə müharibə aparmaq istəmir, Rusiya sülhməramlıları orada müharibə aparmağa hazır deyillərsə, Azərbaycan Rusiya ilə müharibəyə girməyi heç istəmir. Bu, ona qətiyyən lazım deyil. Odur ki, burada bir növ kifayət qədər mürəkkəb ticarət həyata keçirəcəklər. Azərbaycan üçün indi artıq əldə etdiyi ərazilərin reinteqrasiyası prosesinə başlamaq vacibdir, analitik belə hesab edir. Turanın məlumatında qeyd olunur ki, o, Ermənistanın hərbi cəhətdən Rusiya ilə yaxınlaşması haqqında suala cavabda deyib ki, belə bir əməkdaşlıq, çətin ki, Ermənistanın müharibəyə hazırlığını yaxşılaşdırsın. Ermənistana Rusiya ilə yaxınlaşmaq Qarabağın qalan hissəsini tamamilə itirməmək üçün lazımdır. Bununla belə, Türkiyə və İsrail silahları Rusiya silahlarından daha səmərəli çıxıb, deyə ekspert etiraf edib. Geri qayıt |