Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər

Azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər


15-03-2021, 22:26.
title}
Azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər


Bu gün, martın 15-də bir qrup Azərbaycanlı mühacir Berlin şəhərində, Almaniya Xarici İşlər Nazirliynin binası önündə Avropada yaşayan mühacirlərin fiziki təzyiqlərə məruz qalmasına, təqib edilməsinə etiraz məqsədilə və Azərbaycanda siyasi məhbus kimi tanınan şəxlərə azadlıq tələbi ilə aksiya keçirib.

CivilAzerbaijan.com
bildirir ki, etirazçılar daha sonra eyni tələblə Azərbaycanın Berlindəki səfirliyinin binası önündə aksiya keçirib.

Çıxışlarda Azərbaycan hökumətinin siyasi fəallara və Avropadakı mühacirlərə qarşı təzyiqləri pislənilib, Almaniya hökumətindən, Avropa İtiifaqına üzv dövlətlərdən Azərbaycanla münasibətdə ölkədəki siyasi məhbusların azadlığının diqqət mərkəzində saxlanılması xahiş edilib.

Turanın məlumatında qeyd olunur ki, aksiya Fransada Azərbaycandan olan siyasi mühacir Məhəmməd Mirzəlinin bıçaqlanmasından bir gün sonraya təsadüf edir.
Geri qayıt