Əsas Səhifə > Dünya > Gülənin ən yaxın adamı türk kəşfiyyatına işləyir?

Gülənin ən yaxın adamı türk kəşfiyyatına işləyir?


7-04-2017, 01:03.
title}
Gülənin ən yaxın adamı türk kəşfiyyatına işləyir?


FETÖ-nun Hərbi Hava Qüvvələrindəki imamı olaraq bilinən Adil Öksüz Milli İstehbarat Təşkilatına (MİT) işləməyib.

SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, bu barədə MİT CHP lideri Kamal Kılıçdaroğlunun iddialarına cavab olaraq məlumat yayıb. “Adil Öksüz MİT-in terror qruplaşması içərisindəki mənbəyi olmayıb. Onun necə azadlıqda olması məhkəmənin işidir və lazımi araşdırmalar aparılır”, - deyə qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, Kılıçdaroğlu NTV-yə açıqlamasında Öksüzün kəşfiyyata işlədiyini iddia etmişdi.
Geri qayıt