Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Ermənistan rəhbərlərinin Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı

Ermənistan rəhbərlərinin Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı


31-03-2021, 20:18.
title}
Ermənistan rəhbərlərinin Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı


Ermənistan baş naziri və prezidenti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı fikir bildiriblər. Belə ki, çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasında Nikol Paşinyan Ermənistanın uzunmüddətli inkişafı üçün ölkəsinin regionda kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib: “Eyni zamanda, mühasirənin qaldırılması ölkənin həyati maraqları hesabına baş verməməlidir”, - deyə o, əlavə edib.

CivilAzerbaijan.com
bildirir ki, o, regionda “məlum hadisələrlə əlaqədar” baş verən dəyişiklikləri qeyd edib, bu vəziyyətdə yeni çağırışları və mövcud imkanları təhlil etməyin vacibliyini vurğulayıb.

Paşinyan bildirib ki, uzunmüddətli mühasirə Ermənistanın regiondan müəyyən mənada uzaqlaşmasına gətirib çıxarıb. Ermənistanın strateji tərəfdaşı ilə cəmi bir quru yolu var və bu yolun işləməsi mövsimi xarakter daşıyır.

“Kommunikasiyaların açılması bugünki müzakirələrin ən mühüm mövzularından biri olacaq. Məsələ əhəmiyyətlidir, amma onun bir çox təfərrüatı var. Biz Ermənistanın maraqlarından irəli gələn və ölkənin və regionun uzunmüddətli və sabit inkişafını təmin edən qərarlar qəbul etmək niyyətindəyik”, deyə Paşinyan qeyd edib.

"Azərbaycanla münasibətlərin normallaşmasından danışmaq üçün kifayət qədər ağrılı məsələlər həll edilməlidir", deyə öz növbəsində prezident Armen Sarkisyan RosBiznesKonsaltinq-ə (RBK-ya) müsahibəsində bildirib. Münasibətlərin normallaşmasından danışmazdan əvvəl Azərbaycan erməni əsirləri qaytarmalıdır. Sarkisyan qeyd edib ki, itkin düşmüş şəxslərlə bağlı məsələ də var, ki, “onların sayı da az deyil”.

“Bizdə sosial böhran, mənəvi-psixoloji böhran var. Bu gün minlərlə insanın Rusiyaya köçmək və ya ABŞ-dan viza almaq haqqında düşündüyünü eşidirəm və buna təəssüf edirəm. Mühacirət böhran səviyyəsinə çata bilər. Mənəvi böhran kimlik böhranına gətirib çıxara bilər. Problemin ikinci hissəsi diaspordaxili mühacirətdir. Başqa sözlə, erməni olduqları ilə qürur duyan, Ermənistanın problemlərinin özlərinə aid olduğunu hiss edən insanlar bu gün daha ehtiyatlıdırlar.

Müharibədə məğlubiyyətin səbəblərini və bir çox digər məsələləri təhlil etmək lazımdır. İlk növbədə, kim olduğumuzu, bu gün harada olduğumuzu və nə istədiyimizi başa düşməliyik. Biz çox vaxt reallığı istəklərimizlə qarışdırırıq”, deyə Sarkisyan bildirib, Turanın məlumatında qeyd olunur.
Geri qayıt