Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > ABŞ diplomatının Qarabağ nizamlanmasındakı əsas təhdidlər barədə
ABŞ diplomatının Qarabağ nizamlanmasındakı əsas təhdidlər barədə8-04-2021, 15:08. |
Mənbə: PBSO NEWS HOUR "Bakı və Yerevan maraqlı olduğu təqdirdə, ABŞ münaqişənin nizamlanmasında Ermənistana və Azərbaycana kömək etməyə hazırdır". CivilAzerbaijan.com bildirir ki, “Azadlıq” radiosunun Ermənistan xidmətinin məlumatına görə, bu barədə ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent onlayn seminarda bildirib. Onun sözlərinə görə, ABŞ Minsk Qrupunun həmsədri qismində sülhün axtarışında iştirak edə bilər. Amma ABŞ-ın iştirak dərəcəsi Bakıdan və Yerevandan, habelə Moskvanın siyasətindən asılıdır. Rusiya “atəşkəs şərtlərini Minsk Qrupu mexanizmilə razılaşdırmamaq qərarına gəlib”, “bunu birbaşa üçtərəfli formatda (Rusiya-Azərbaycan-Ermənistan) edib”. Təhlükəsizlik üçün əsas təhdid Ermənistanın və Azərbaycanın yekun status haqqında razılığa gəlməyə hazırlığı məsələsidir. “Azərbaycan müharibənin qalibi qəbul edilə bilər, amma dörddə bir əsr əvvəl Ermənistan birinci müharibənin qalibi olduğu zaman olduğu kimi, bu, böhranın həllinə səbəb olmur”, deyə Kent qeyd edib. Turanın məlumatında qeyd olunur ki, eyni zamanda, Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması məsələsində “əlverişli imkanlar yaranır”. “Ola bilər ki, bu, bu ay, bu il yox, gələcəkdə baş versin”, deyə Kent bildirib. Geri qayıt |