Əsas Səhifə > Dünya > Erməni podpolkovnik yaralandı

Erməni podpolkovnik yaralandı


7-04-2017, 13:41.
title}
Erməni podpolkovnik yaralandı


Ermənistan ordusunun podpolkovniki yaralanıb.

SİVİL.AZ İstipress-ə istinadən xəbər verir ki, Kotayk vilayətində ağır qəza baş verib. Təqribən səhər saat 08 radələrində xidməti "Mercedes" markalı maşın yoldan çıxaraq aşıb. Onu idarə edən isə 38 yaşlı Karen M. adlı şəxs olub.

Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardımı hərbi hissə əməkdaşları göstəriblər.

Məlumata görə, Karen M. diviziya komandiridir. Rütbəsi isə podpolkovnikdir. Onun idarə etdiyi maşının yoldan çıxmasına səbəb isə çuxura düşməsi olub.
Geri qayıt