Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Korrupsiyadan yazan jurnalist Giorgos Karaïvaz Yunanıstanda qətlə yetirilib

Korrupsiyadan yazan jurnalist Giorgos Karaïvaz Yunanıstanda qətlə yetirilib


11-04-2021, 14:13.
title}
Korrupsiyadan yazan jurnalist Giorgos Karaïvaz Yunanıstanda qətlə yetirilib

Mənbə: RTS

Afinada "Star TV" kanalının və "Bloko" portalının jurnalisti Yorgos Karaivaz öldürülüb. O, işdən evə qayıdarkən motosikldə olan iki naməlum şəxs ona atəş açıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə beynəlxalq fransız radiosu məlumat yayıb. İlkin məlumata görə, məhkəmə tibbi həkimləri jurnalistə vurulan 15 güllədən 10-nu bədənindən çıxarıblar.

Kriminal sahə üzrə ixtisaslaşmış Karaivaz Star TV kanalında gündəlik bir proqrama qatılırmış. Bundan başqa qətlə yetirilən 52 yaşlı jurnalist həm də korrupsiya haqqında məlumatlara geniş yer verən "Bloko" portalının həmtəsisçisi olub.

Yunanistan baş naziri "Yorgos Karaivaz'ın soyuqqanlı qətli bütün Yunan cəmiyyəti üçün şok oldu" deyə hadisəyə münasibət bildirib.. Vətəndaşları Qoruma Naziri Michalis Chrysochoidis jurnalistin qətlini "çirkin bir cinayət" adlandıraraq qatillərin tapılıb ədalət məhkəməsi qarşısına çıxarılacağına söz verib. Müxalif Dəyişiklik Hərəkatının (KINAL) rəhbərliyi cinayəti "demokratiyaya təcavüz" adlandırıb. Yunanistan Jurnalistlər Birliyi jurnalisti öldürən cinayətkarların həmkarlarını qorxuda bilməyəcəyini bəyan edib.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen jurnalistin qətlini "iyrənc və qorxaq bir hərəkət" adlandırıb.

Beynəlxalq Mətbuat İnstitutu da jurnalistin qətlini qınayan bəyanatla çıxış edib.

Yorgos Karaivazın öldürülməsi Yunanıstanda son 30 ildə ikinci jurnalistin öldürülməsidir.

Azadlıq Radiosunun məlumatına görə, 2010-cu ildə Afinada siyasətçilər arasında baş verən korrupsiya ilə bağlı bir sıra məşhur araşdırmaların müəllifi Sokratis Giolias öz evinin kandarında güllələnərək qətlə yetrilib. Bir müddət sonra solçu təşkilat olan "İnqilabçı Təriqət" qətlin məsuliyyəti öz üzərinə götürüb.
Geri qayıt