Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > ABŞ-dan Rusiyaya qarşı

ABŞ-dan Rusiyaya qarşı


15-04-2021, 19:02.
title}
ABŞ-dan Rusiyaya qarşı

Mənbə: AP News

Bir neçə fərd və qurumu hədəf alan zərərli kiber fəaliyyətə görə, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

CivilAzerbaijan.com
bildirir ki, 30 qurumun qara siyahıya salındığı sanksiyalara görə Rusiyanın 10 məmuru ABŞ-dan çıxarılır.

Bu addım Ukrayna yaxınlığında hərbi gücünü artırmaqla Qərbin səbrini tükəndirən Rusiyanın Vaşinqton və Moskva arasındakı onsuz da soyuq olan münasibətləri daha da gərginləşdirəcək.

Geniş əhatəli sanksiyalar ABŞ hökumətinin Rusiya tərəfindən təşkil edildiyini dediyi SolarWinds Corp-un istehsal etdiyi softvaeyrə təsir göstərməklə kibertəhlükəsizliyi pozdmasına cavab mahiyyəti daşıyır. Bu addım hakerlərin minlərlə şirkət və hökumət qurumlarına çıxışını təmin edib.

Microsoft şirkətinin prezidenti Bred Smit dekabr ayında təsbit edilən hücumu "dünyada indiyədək gördüyü ən böyük və inkişaf etmiş hücum" kimi xarakterizə edib.

ABŞ eləcə də Moskvanı 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə etdiyi üçün cəzalandırmaq niyyətindədir. ABŞ Kəşfiyyat Agentliyinin keçən ay açıqladığı hesabatında Rusiya Prezidenti Vladimir Putinin çox ehtimal ki, seçkilər zamanı hazırkı prezident Joe Bidenin deyil, o vaxt prezident olan Donald Trampın qalib gəlməsi üçün səy göstərdiyi deyilib.

Vaşinqtonun belə bir addımının Bidenin keçən ay Putinin "qatil" olduğunu düşündüyünü deməsindən sonra Soyuq Müharibədən bəri iki ölkə arasındakı münasibətlərdəki ən aşağı səviyyəyə düşən gərginliyi daha da artıracağı ehtimal olunur.

Rəsmilərin bildirdiyinə görə, çərşənbə axşamı Putinlə telefon söhbəti zamanı Biden ABŞ-ın öz maraqlarını qorumaq üçün "qətiyyətlə" hərəkət edəcəyini deyib.

Biden, həmçinin Putinə birlikdə işləmək üçün sahələr tapılmasına imkan verə biləcək "üçüncü bir ölkədə" görüş keçirməyi təklif edib.

Son bir neçə həftə ərzində Rusiyanın Ukrayna yaxınlığında və Moskvanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasında çox sayda qoşunlarını yerləşdirməsi Vaşinqton və NATO müttəfiqlərini təşvişə salıb.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, "Amerikanın düşmənçiliyi və gözlənilməzliyi bizi ümumiyyətlə ən pis ssenarilərə hazır olmağa məcbur edir" - deyə, yeni sanksiyaları gözləyən Kreml sözçüsü Dmitri Peskov keçən həftə jurnalistlərə bildirib.
Geri qayıt