Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Nikol Paşinyan istefa verdi

Nikol Paşinyan istefa verdi


25-04-2021, 13:18.
title}
Nikol Paşinyan istefa verdi


Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verdiyini açıqlayıb.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Baş nazir aprelin 25-də xalqa müraciətində bəyan edib.

O bildirib ki, mövcud konstitusiyanın tələbinə görə iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə əsasən istefa verir:

“Mən bu gün istefa verməyə bilməzdim, amma qərara gədim ki, Vətəndaş günü bu addımı atım. Beləliklə, biz vətəndaşlardan aldığımız hakimiyyəti ona qaytarırıq ki, o, azad, ədalətli və rəqabətli seçkilərlə gələcək hakimiyyətin taleyini həll etsin”.

Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsinin vacib olduğunu deyib:

“Çünki 2020-ci ildə Ermənistan ciddi sınaqlardan keçib. Seçkilər xalqın keçmiş hadisələrlə bağlı fikirlərini ifadə etmək, gələcək talelərini qiymətləndirmək və təyin etmək üçün bir vasitədir”.

Baş nazir hələ ötən ilin sonunda növbədənkənar seçkilərin keçirilməsini təklif etdiyini vurğulayıb:

“Ancaq bəzi dairələr hökumətin taleyinin "elit", qapalı binalarda həll edilməli və xalqın bundan təcrid olunmalı olduğuna inanırdılar. Həmin qüvvələr bu şəkildə davranırdılar, çünki xalqın etimadını təmin etmək üçün heç bir şansları olmadığını başa düşdülər”.

Ermənistan qanunvericiliyinə görə, Milli Məclisə erkən seçkilər parlamentin buraxılmasından 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.

Nikol Paşinyan 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulub.

Meydan TV-nin məlumatında qeyd olunur ki, o, 2012-ci ildən 2018-ci ilədək Ermənistan parlamentinin üzvü olub. 2018-ci ildə rəhbərlik etdiyi məxməri inqilab nəticəsində Serj Sarkisyan hakimiyyətinin devrilməsinə nail olub və həmin il mayın 8-dən Ermənistanın Baş naziri vəzifəsini daşıyır.
Geri qayıt