Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Rusiyanın təcavüzkar hərəkətlərinə cavab verməyə hazırıq -

Rusiyanın təcavüzkar hərəkətlərinə cavab verməyə hazırıq -


6-05-2021, 20:23.
title}
Rusiyanın təcavüzkar hərəkətlərinə cavab verməyə hazırıq -


ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın məsuliyyətsiz və aqressiv davranışının mümkün nəticələrindən danışıb. Blinken BBC Today proqramına verdiyi müsahibədə ABŞ-ın Rusiya Federasiyası ilə daha çox proqnozlaşdırılan və sakit münasibətlər istədiyini deyib.

CivilAzerbaijan.com
bildirir ki, Blinken Amerikanın Rusiya tərəfindən ola biləcək təcavüzkar hərəkətlərə cavab verməyə hazır olduğunu söyləyib.

"Rusiya özünü Solar Winds-ə kiber hücum, seçkilərimizə müdaxilə və Navalnı ilə bağlı hadisələrdə olduğu kimi məsuliyyətsiz və ya aqressiv davranarsa, cavab verəcəyik", - dövlət katibi deyib. O, həmçinin sabit münasibətlər qurulacağı təqdirdə hər iki ölkənin qarşılıqlı fayda naminə əməkdaşlıq edə biləcəkləri sahələri tapacağı fikrini də dilə gətirib.

Qaynarinfonun məlumatında qeyd olunur ki, Blinkenin sözlərinə görə, prezident Co Baydenin gələcəkdə rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşünə baxmayaraq, ABŞ-ın yeni rəhbərliyi Putinin şəxsi ilə münasibətlərə deyil, məhz Rusiyanın hərəkətlərinə köklənib.
Geri qayıt