Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Paşinyandan Azərbaycan və Ermənistanın yeni saziş imzalayacaqlarıyla bağlı
Paşinyandan Azərbaycan və Ermənistanın yeni saziş imzalayacaqlarıyla bağlı20-05-2021, 15:40. |
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan müxalifətçilərinin Azərbaycanla danışıqlar masasında hansısa bir sənəd olması barədə yaydıqları məlumatı təsdiq edib. CivilAzerbaijan.com bildirir ki, o, cümə axşamı hökumətin iclasında bəyan ediib ki, Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır. Beynəlxalq tərəfdaşlarla haqqında ilkin razılaşmalar əldə olunmuş qərarlar Ermənistanın maraqlarına 100% uyğundur. Və Azərbaycan razılıq verərsə, onu imzalayacaq, xəbəri Sputnik-Armenia yayıb. “Azərbaycan bizim razılaşmalarımızı həyata keçirsə və haqqında danışdığımız şərtləri yerinə yetirsə, mən sənədi imzalayacağam”, deyə o əlavə edib. Paşinyan sənədin mətnini dərc etmir, belə ki, hələ danışıqlar gedir və üzərində iş gedən sənədi dərc etmək doğru olmazdı. O, dünən sənəd haqqında məlumat verən, bir neçə saat sonra isə əsas hissəsi “gizlədilən” mətni dərc edən Vatikandakı keçmiş səfir Mikael Minasyanın hərəkətlərinə qəzəblənib. Paşinyan ad çəkmədən Minasyanın hərəkətlərini Azərbaycanın təbliğatına uymaq və öz cəmiyyətinə hörmətsizlik adlandırıb. Minasyan yeni müqavilənin Azərbaycanın bütün tələbləri nəzərə alınmaqla tərtib edildiyini, sənədin Azərbaycan və Ermənistan arasında sərhədlərin göstərildiyi Sovet xəritələrinə, üçtərəfli sazişlərə və silahlı qüvvələrin faktiki yerləşmə yerlərinə əsaslandığını bildirib. Turanın məlumatında qeyd olunur ki, dövlət sərhədləri və Zəngəzur nəqliyyat dəhlizi haqqında bəndlərin yer alacağı yeni sazişin imzalanmasından dərhal sonra Azərbaycanda istintaq təcridxanasında saxlanılan erməni hərbiçilərin azad edilməsinə başlanacaq. Dünən Azərbaycan ombudsmanı onlara baş çəkib, o, ermənilərin saxlanma şəraiti ilə bağlı şikayətlərinin olmadığını bildirib. Dünən Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda 60-dan çox erməni hərbiçinin saxlanıldığını açıqlayıb. Geri qayıt |