Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Nikol Paşinyan: Mina xəritələrinin hamısını verməyə hazırıq, amma...
Nikol Paşinyan: Mina xəritələrinin hamısını verməyə hazırıq, amma...14-06-2021, 14:19. |
Ermənistan tərəfi mina xəritələrinin hamısını Azərbaycana verməyə hazırdır. CivilAzerbaijan.com bildirir ki, "AzadlıqRadiosu"nun Ermənistan xidməti "Azatutyun"un məlumatına görə, bunu ölkənin müvəqqəti baş naziri Nikol Paşinyan iyunun 13-də seçki kampaniyası zamanı çıxışında deyib. O, seçiciləri əmin edib ki, xəritələrin yalnız kiçik bir hissəsi Azərbaycana verilib. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası ötən gün Kotayk regionunda olub. “Biz dekabrda konstruktiv mühit yaratmaq üçün həmin xəritələrdən kiçik rəqəmləri verdik. Onların əsirlərin qaytarılması dayandırdığını anlayanda biz də dayandıq. Biz minalanmış ərazilərin xəritələrini onlara verməyə hazırıq. Amma orada əsirlərimiz olduğu halda, bunu birtərəfli etsək, cəmiyyətimiz bunu anlamaz”, – Paşinyan vurğulayıb. Addıma addımla cavab vermək İyunun 12-də Birləşmiş Ştatlar və Gürcüstan hakimiyyətinin vasitəçiliyi ilə Azərbaycan 15 nəfər Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib. Ermənistan isə Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanın əks etdirən xəritələri Azərbaycana təqdim edib. Paşinyan əsirlərin qaytarılmasında yeni prosesin başlandığını və Azərbaycan tərəfinin addımı konstruktiv hesab etdiyini bildirib. O, xəritələrin heç də əsirlərin əvəzində verilmədiyini, sadəcə addıma addımla cavab verdiklərini söyləyib. “Biz onlara xəritələri verdik, amma mübadilə kimi deyil. ABŞ-ın Dövlət katibinin köməkçisi soruşdu ki, ‘Onlar addım atsalar, siz də atarsınızmı?’ Mən də dedim ki, ‘Bəli, biz addım atmağa hazırıq’. ‘Hansı addımı atmağa hazırsınız?’ Dedim ki, ‘onlara əlimizdəki xəritələrin bir hissəsini verərik’”, – Paşinyan deyib. İsrail nümunəsi Azatutyun Ermənistan tərəfin xəritəni verməsinin müxalifətin tənqidinə səbəb olduğunu yazır. Baş nazir əvəzi isə ittihamları spekulyasiya adlandırıb, İsrail hökumətindən misal gətirib. “2011-ci ildə 1027 fələstinli bir əsgərə dəyişdirildi. Onlardan bəziləri terrorçuluğa görə məhkum edilmişdi, 600 nəfər qətlə ittiham olunurdu... Bizdə isə regionun xəritəsi var”, – Paşinyan söyləyib. Geri qayıt |