Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Rusiyadan Şuşa Bəyannaməsinə

Rusiyadan Şuşa Bəyannaməsinə


17-06-2021, 19:29.
title}
Rusiyadan Şuşa Bəyannaməsinə


Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinə münasibət bildirib.

CivilAzerbaijan.com
bildirir ki, TASS-ın məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağını düzgün hesab etmir.

"Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq”, - deyə XİN rəsmisi qeyd edib.

“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə Yerrvan arasında, həmçinin Yerevan-Ankara dialoqunun normallaşmasına istiqamətlənmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, - deyə Zaxarova vurğulayıb, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt