Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Avropa Komissiyasının Şərq Tərəfdaşlığı üçün milyardlarla avroluq

Avropa Komissiyasının Şərq Tərəfdaşlığı üçün milyardlarla avroluq


3-07-2021, 01:44.
title}
Avropa Komissiyasının Şərq Tərəfdaşlığı üçün milyardlarla avroluq

Avropa İttifaqının qonşuluq və genişlənə üzrə komissarı Oliver Varhelyi

Avropa Komissiyası Şərq Tərəfdaşlığına daxil ölkələrin iqtisadi inkişafı və onlara investisiyalar proqramı üçün 2.3 milyard avroluq (2.72 milyard dollar) plan təklif edib. Bu plan potensial olaraq Şərq Tərəfdaşlığı ölkələrinə 17 milyard avroluq (20.1 milyard dollar) əlavə dövlət və özəl investisiyalar cəlb etməlidir.

CivilAzerbaijan.com
bildirir ki, Komissiyanın iyulun 2-də açıqlanmış bəyanatında deyilir ki, sözü gedən plan əsas diqqəti “dirçəliş, iqtisadi sabitlik və islahatlar” olan gündəliyin bir hissəsidir.

Bu plan 2025-ci ildədək “ticarətin canlandırılması, iqtisadi artım və iş yerlərinin yaradılması, şəbəkəli investisyalar, demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal keçidə dəstək, ədalətli, cinsi bərabərlikli və iştiraklı cəmiyyətlərin təşəkkülü” kimi 10 hədəfə malikdir.

Təklif olunmuş bu uzunmüddətli məqsədlər siyasəti Şərq Tərəfdaşlığının 2021-ci ilin dekabrında keçiriləcək sammitində müzakirə olunacaq.

“Gələcək demokratik Belarusa” da aiddir

Şərq Tərəfdaşlığı 2009-cu ildə Avropa İttifaqı, onun üzvləri və keçmiş sovet blokunun altı ölkəsi – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında siyasi və iqtisadi bağların dərinləşdirilməsi üçün yaradlılıb.

İttifaqın qonşuluq və genişlənə üzrə komissarı Oliver Varhelyi deyib ki, təklif edilmiş plandan məqsəd sözü gedən ölkələrdə koronavirus pandemiyasından sonrakı ictimai-iqtisadi dirçəlişə dəstək verməkdir.

Komissar deyib ki, bu dəstək “gələcək demokratik Belarusa” da şamil olunacaq.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell deyib:

"Bizim işimizin özəyində demokratiyanın, yaxşı idarəçiliyin və qanunun aliliyinin təşviqi olacaq. Bunlar bizim əməkdaşlığımızda pozitiv, konkret nəticələrin əldə olunması üçün açardır. Bura Belarus da daxildir. Biz bu ölkədə Şərq Tərəfdaşlığı vasitəsilə xalqa dəstəyimizi davam etdirmək istəyirik”.

Lukaşenko rejimini zəiflətmək üçün

İyul ayının başlanğıcında Avropa İttifaqı avtoritar Alyaksandr Lukaşenkonun rejimini zəiflətmək məqsədilə Belarus iqtidarının üzərinə ağır sanksiyalar elan edib.

Buna səbəb mayın 23-də Ryanair aviaşirkəti təyyarəsinin məcburi qaydada Minskə endirilməsi və sərnişinlərin arasında olan anti-Lukaşenko bloggerin həbs edilməsi olub.

Bu sanksiyalara cavab olaraq Minsk Avropa İttifaqındakı daimi nümayəndəsini “məsləhətləşmələr” üçün geri çağırıb və Şərq Tərəfdaşlığı proqramında iştirakını dayandırdığını bildirib.

Lukaşenko rejimi bundan əvvəl də 2020-ci ilin prezident seçkisindən sonra müxalifətə və etirazçılara divan tutduğuna görə ciddi beynəlxalq təzyiq altında idi.

Azadlıq Radiosunun məlumatına görə, Belarus müxalifəti seçkinin Lukaşenkonun xeyrinə saxtalaşdırıldığını, onun əslində 3 faiz səs qazandığını iddia edir. Qərb də bu seçkinin nəticələrini və Lukaşenkonun prezident kimi legitimliyini tanımadığını bildirib.
Geri qayıt