Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Joe Bidendən kiberhücumlara görə Putinə öz mesajını çatdıracağı haqqında
Joe Bidendən kiberhücumlara görə Putinə öz mesajını çatdıracağı haqqında8-07-2021, 17:12. |
Mənbə: zdf.de Prezident Joe Biden iyulun 7-də Ağ Evdə vəzifəli ABŞ rəsmiləri ilə, Rusiyada mənzilləndiyi güman edilən hakerlərin, pozuculuğu getdikcə artan şantaj hücumlarının qarşısının alınması strategiyasını müzakirə edib. Haker hücumlarından bəziləri Biden Cenevrədə keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putinə belə hücumlar barədə xəbərdarlıq etdikdən bir neçə həftə sonra baş verib. CivilAzerbaijan.com bildirir ki, Ağ Evdə keçirilən müşavirədən sonra Biden jurnalistlərə bu barədə Putinə öz mesajını çatdıracağını söyləyib. Prezident bu mesajın necə veriləcəyi barədə xırdalıqlara varmayıb. Ağ Evin sözçüsü Cen Psaki daha sonra jurnalistlərə izah edib ki, “prezident hərəkətə keçmək qərarına gəldiyi təqdirdə geniş imkanlara malikdir”. Rusiya və ABŞ nümayəndələri kibertəhlükəsizliklə bağlı məsələləri gələn həftə müzakirə etməlidirlər. Floridada mənzillənmiş Kaseya texnoloji şirkətinin uzaqdan idarəetmə proqramından istifadə ilə ABŞ-da yüzlərlə, düyada isə 1500-dək biznes üzərinə haker hücumundan sonra, Rusiyaya qarşı müəyyən tədbirlər görməsi üçün Bidenə göstərilən təzyiqlər artmaqdadır. Ekspertlərin indiyədək həyata keçirilmiş ən böyük reket kiberhücumu saydıqları bu müdaxilə barədə informasiya hələ də yarımçıq qalır. Putinə xəbərdarlıq edilsə də... Rusiyada mənzillənmiş REvil kibercinayət qrupu ötən həftə baş vermiş bu hücumu özünün törətdiyini bildirib və istifadəçilərin öz məlumatlarına çıxışının bərpa olunması üçün kriptovalyuta ilə 70 milyon dollar reket pulu tələb edib. Bundan sonra iyulun 6-da Respublikaçıların Milli Komitəsi onun müqaviləçilərindən birinə bu kiberhücum zamanı müdaxiə edildiyini bəyan edib. Lakin komitə hücumun kim tərəfindən törədilməsi və müdaxiləyə məruz qalan datanın təbiəti barədə əlavə məlumat verməyib. Ötən ay Biden demişdi ki, Putinlə görüş zamanı 16 növ həyati infrastrukturun kiberhücumlardan sığortalanması məsələsini müzakirə edib. Söhbət əsasən enerji və su mənbələri ilə bağlı infrastrukturlardan gedirdi. Birləşmiş Ştatlar reketçi haker hücumlarının bəzilərinə görə Rusiyanın kriminal qruplarını ittiham etsə də, son hücumlara görə Rusiya hökumətini birbaşa təqsirləndirməyib. Vaşinqton, əksinə, Moskvanı bu kiberkriminallara qarşı mübarizə aparmamaqda günahlandırır. Reketçi hücumları həyata keçirən hakerlər şəbəkələrə müdaxilə edərək qurbanların rəqəmsal datasını kilidləyən ziyanlı proqramları yayırlar. Bundan sonra həmin dataya rəqəmsal açarın sahiblərinə verilməsi müqabilində onlardan böyük məbləğlərdə pullar tələb edilir. Rusiyaya bağlı hücumlar Kibertəhlükəsizlik ekspertləri deyirlər ki, ötən may ayında dünyanın ən böyük ət emalı şirkəti JBS-ə hücumun arxasında REvil qrupu hakerləri dayanır. Braziliyada mənzillənmiş bu şirkət reketçi hakerlərə kriptovalyuta ilə 11 milyon dollar ödəməyə məcbur olub. Ötən may ayında ABŞ yanacaq təchizatı sisteminin ən böyük kəməri olan Colonial Pipeline xəttinə genişmiqyaslı hücum edilib. Nəticədə ABŞ-ın bəzi yerlərinə yanacağın verilməsində fasilələr yaranmışdı. ABŞ hüquq-mühafizə orqanları bu hücumu etmiş rusdilli DarkSide kriminal qrupuna girov ödənilmiş pulun böyük bir hissəsini geri qaytardığını bəyan etmişdi. Azadlıq Radiosunun məlumatına görə, Birləşmiş Ştatlar Rusiya hökumət hakerlərini habelə ötən ilin prezident seçkisinə müdaxilə cəhdində və ABŞ-ın SolarWinds şəbəkəsinə hücumlarda ittiham edib. Geri qayıt |