Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Avstriya kansleri korrupsiya qalmaqalına görə istefa verib
Avstriya kansleri korrupsiya qalmaqalına görə istefa verib10-10-2021, 13:10. |
Mənbə: Neue Zürcher Zeitung Avstriya Federal Kansleri Sebastian Kurz istefa verdiyini açıqlayıb. "Alman Dalğası" radiosunun verdiyi məlumata görə, araşdırmalar zamanı üzə çıxıb ki, 2016 -cı ildən 2018 -ci ilə qədər ölkənin Maliyyə Nazirliyi Avstriyada bir qəzetdə Kurzun partiyası üçün faydalı sorğuların nəşr olunması qarşılığında həmin qəzetdə gedən reklamları büdcə vəsaiti hesabına maliyyələşdirib. CivilAzerbaijan.com bildirir ki, şənbə günü axşam istefa verdiyini açıqlayan hökumət başçısı, kansler vəzifəsinə Avropa və xarici işlər naziri Alexander Schallenbergi təklif edib. Bir neçə gün əvvəl kansler Sebastian Kurzun rəhbərlik etdiyi Avstriya Xalq Partiyasının baş qərargahında KİV-i ələ alma şübhəsi ilə bağlı araşdırmalar aparılıb. Bu barədə oktyabrın 6-da "Die Presse" nəşri məlumat yayıb. 2017 -ci il oktyabrın 15-də Avstriyada keçirilən erkən parlament seçkilərində Kurzun başçılıq etdiyi Avstriya Xalq Partiyası birinci yeri tutdu. Seçkilərin nəticələrindən sonra Sebastian Kurz Avstriyanın Federal Kansleri vəzifəsinə təyin edilib. 2017-ci ii dekabrın 15-də Kurz, sağ Avstriya Azadlıq Partiyası ilə koalisiya razılaşması imzalayıb, buna görə mühüm postlar olan müdafiə, xarici və daxili işlər nazirlərinin portfellərini qazanıb. 2019 -cu il mayın 29-da Avstriya Parlamenti "Ibiza-qeyt" skandalı ilə əlaqədar olaraq Sebastian Kurza etimadsızlıq səsverməsini qəbul edib. Beləki qalmaqal 2017-ci ilin iyun ayında İspaniyanın İbiza şəhərində iki nüfuzlu siyasətçinin pərdəarxası müzakirələri ilə bağlı gizli video çəkilişin üzə çıxmasından sonra başlayıb. Sözü gedən videoda özünü rusiyalı oliqarxın qardaşı qızı kimi təqdim edən bir qadın çəkilib. Həmin videoya istinadla iddia olunur ki, həmsöhbətlər hökumət müqavilələrində yer almaq qarşılığında mətbuatda "Azadlıq Partiyası"na aid müsbət xəbərlərin verilməsini müzakirə ediblər. 2019 -cu il sentyabrın 29-da keçirilən erkən parlament seçkilərində Kurzun başçılıq etdiyi Avstriya Xalq Partiyası yenidən qalib gəlib. Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, 2020 -ci yanvarın 7-də Kurz ikinci dəfə Avstriyanın federal kansleri olub. Geri qayıt |