Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Ermənistan və Gürcüstan sülh təşəbbüsünü müzakirə edib

Ermənistan və Gürcüstan sülh təşəbbüsünü müzakirə edib


10-10-2021, 23:52.
title}


Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabrın 9-10-da Ermənistana səfəri zamanı erməni həmkarı Nikol Paşinyanla "Cənubi Qafqazda dinc mehriban qonşuluq təşəbbüsü"nü müzakirə edib.

CivilAzerbaijan.com
bildirir ki, Qaribaşvili bu təşəbbüslə əvvəllər Birləşmiş Millətlər Təşkilatında da çıxış edib.

Qaribaşvili özünün Tvitter hesabında yazıb ki, yeni sülh formatı dinc mehriban qonşuluq təşəbbüsünün perspektivlərinin müzakirəsinə kömək edəcək və Cənubi Qafqaz dövlətləri ilə yanaşı beynəlxalq tərəfdaşlar da buna qoşula bilər.

Qaribaşvili Gürcüstanın regionda sülhün, sabitliyin təmin olunması üçün fəal vasitəçiliyi davam etdirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Qaribaşvilinin təşəbbüsü Qərb ölkələrinin vasitəçiliyilə Tbilisidə Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma yaradılmasını nəzərdə tutur.

Bir neçə gün öncə Qaribaşvili bu ideyanı Bakıda İlham Əliyevlə də müzakirə edib. Görünür, Bakının mövqeyi müsbət olub.

Lakin Qaribaşvilinin təşəbbüsündə Rusiyanın iştirakından söz getmir ki, bu da hazırkı vəziyyətdə onun məhsuldarlığını şübhə altına alır.

Qeyd edək ki, oktyabrın 12-də Paşinyan prezident Putinlə görüşmək üçün Moskvaya gedir. Bunun təsadüfi olması az ağlabatandır. Şübhə yoxdur ki, görüşdə əsas mövzu məhz tərəflərin gələcək addımlarının müəyyənləşdirilməsi olacaq. Çətin ki Ermənistan Moskvada qoyulmuş qaydaları pozmaq istəsin və poza bilsin. Bundan əlavə, Moskvanın Yerevandan İranla siyasi alyansına düzəlişlər etməyi və onu ancaq Ermənistan vasitəsilə yüklərin tranziti məsələlərilə məhdudlaşdırmağı xahiş edəcəyini gözləmək olar, Turanın məlumatında qeyd olunur.
Geri qayıt