Əsas Səhifə > Dünya / Üst manşet > Medvedyev: ABŞ-la müharibəyə bir addım qaldı!
Medvedyev: ABŞ-la müharibəyə bir addım qaldı!8-04-2017, 00:05. |
Baş nazir sərt danışdı: “Tramp bütün qanunları pozur” Rusiyanın baş naziri Dmitri Medvedyev, ABŞ-ın Suriya ordusuna məxsus hava bazasını vurmasından sonra çox sərt bir açıqlama verib. İstiPress-in “Haberler”ə istinadən verdiyi xəbərə görə, “ABŞ-la müharibəyə bir addım qaldı” deyən Medvedyev: “Trampın Suriya hökuməti ilə qəzəbli bir şəkildə mübarizə aparacağı məlum oldu” - bildirib. “Facebook” hesabından paylaşdığı mesajda Medvedyev, “Əsas düşmən İŞİD-ə qarşı ortaq mübarizə aparmaq əvəzinə Tramp, Suriyadakı qanuni hökumətlə qəzəbli bir şəkildə mübarizəyə başlayıb. Hücum beynəlxalq hüquq normaları pozularaq və BMT-nin razılığı olmadan həyata keçirilib. Həm də bu hərbi əməliyyat üçün ABŞ konqresinə də məlumat verilməyib” - deyib. Rusiyanın baş naziri, ABŞ-ın bu hücumla Rusiya ilə müharibənin bir addımlığına gəldiyini də vurğulayıb. Qeyd edək ki, ABŞ Aralıq dənizində olan hərbi gəmilərindən 59 “Tomahawk Cruise” raketləri ilə Şinsar və Əl-Şayrat hava bazalarını vurub. İdlibə kimyəvi hücum təşkil edən təyyarələrin istifadə etdiyi Şayrat hava bazası vurulub. Geri qayıt |