Əsas Səhifə > Dünya / Melange / Manşet > Paşinyandan kommunikasiyaların açılması və düşmənçiliyin aradan qaldırılması ilə bağlı AÇIQLAMA
Paşinyandan kommunikasiyaların açılması və düşmənçiliyin aradan qaldırılması ilə bağlı AÇIQLAMA25-10-2021, 15:12. |
Ermənistanın baş naziri Nikol Paşinyan regionun iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılmasının tərəfdarı olduğunu, bunun Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyini bəyan edib. CivilAzerbaijan.com bildirir ki, Nikol Paşinyan bu barədə hökumətin bugünki iclasında danışıb. "Ermənistan ətrafında əlverişli xarici mühit yaratmaq regionda düşmənçilik mühitinin aradan qaldırılması, danışıqlar prosesinin və Qarabağ münaqişəsinin nizamlanmasının bərpa edilməsi, regional iqtisadi və nəqliyyat infrastrukturundan istifadə məhdudiyyətlərinin qaldırılması ilə mümkündür", deyə Paşinyan bildirib. O, Azərbaycanla sərhədlərin delimitasiyasını və demarkasiyasını regional təhlükəsizliyi gücləndirən amil adlandırıb, bunu "Azərbaycan SQ-nin Ermənistan ərazisindən çıxarılması" ilə əlaqələndirib, Turanın məlumatında qeyd olunur. Geri qayıt |