Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Nikol Paşinyan və Araik Harutunyan "DQR"in müqəddəratını müzakirə ediblər

Nikol Paşinyan və Araik Harutunyan "DQR"in müqəddəratını müzakirə ediblər


3-11-2021, 16:10.
title}


Ermənistanın Baş naziri Nikol Paşinyan və Qarabağdakı erməni seperatçılarının lideri Araik Harutunyan Qarabağ probleminin tənzimlənməsi prosesini müzakirə ediblər.

Civilazerbaijan.com
bildirir ki, bu barədə noyabrın 3-də Nikol Paşinyanın mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, 44 günlük müharibənin bitməsinin bir ilinə az qaldığını deyən Paşinyan iddia edib ki, bu müddət ərzində normal həyata qayıtmaq üçün konkret işlər görülüb.

Daha sonra Baş nazir ATƏT-in Minsk qrupu çərçivəsində üç prinsip, o cümlədən xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında aparılan danışıqların tam bərpa edilməsinin əhəmiyyətindən danışıb.

Araik Harutunyan isə öz növbəsində bildirib ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın öz müqəddəratını təyin etmək hüququ münaqişənin siyasi həllinin əsas istiqaməti olaraq qalır. Beynəlxalq oyunçular isə, o cümlədən ATƏT Minsk qrupu burada vasitəçidirlər.

Toplum TV-nin məlumatında qeyd olunur ki, Harutunyan Ermənistanın 2022-ci il büdcəsində də Qarabağa ciddi yardımın nəzərdə tutulmasına görə Paşinyana təşəkkür edib. O bildirib ki, bu yardım bütün problemləri həll etməyə kömək edəcək.
Geri qayıt