Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Rusiyadan Türkiyə-Ermənistan münasibətləriylə bağlı AÇIQLAMA

Rusiyadan Türkiyə-Ermənistan münasibətləriylə bağlı AÇIQLAMA


25-11-2021, 16:57.
title}


"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək. Rusiya buna kömək etməyə hazırdır".

Civilazerbaijan.com
bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova cümə axşamı brifinqdə deyib.

"Ölkəmiz bundan sonra da buna hər cür yardım göstərməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda vəziyyətin ümumi sağlamlaşmasına və mehriban qonşuluq, etimad mühitinin formalaşmasına səbəb olardı ki, bu da indi xüsusilə aktualdır", - Zaxarova deyib.

Hər hansı praktiki məqamlar yarandığında, Xarici İşlər Nazirliyi bu barədə məlumat verəcək, təbii ki, əgər prosesin həssaslığı nəzərə alınmaqla informasiya ona zərər vurmayacaqsa, o qeyd edib.

Bundan öncə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, erməni tərəfi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına hazırdır.
Geri qayıt