Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Yerevanın sərhədlərin delimitasiyası ilə bağlı yeni təklifləri var - SERGEY LAVROV

Yerevanın sərhədlərin delimitasiyası ilə bağlı yeni təklifləri var - SERGEY LAVROV


14-01-2022, 19:37.
title}


"Rusiya iki ölkə sərhədinin delimitasiyası və sonrakı demarkasiyası üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana verəcək".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də Moskvada keçirilən mətbuat konfransında bəyan edib.

"Dünən mən ermənistanlı həmkarımla söhbət etdim, onun yeni təklifləri var, biz onları Bakıya verəcəyik. Komissiyanın mümkün qədər daha tez işə başlamasına necə nail olacağımıza baxacağıq", - TASS agentliyi Lavrovdan sitat gətirib.

Rusiyanın xarici işlər naziri qeyd edib ki, Bakı və Yerevan komissiyanın yaradılması ilə bağlı öz təkliflərini verirlər, lakin bu məsələ ilə bağlı fikir ayrılıqları qalır.

"Komissiyanı yaratmaq üçün ilk növbədə, şərtlərlə bağlı razılığa gəlmək lazımdır. Bu şərtlər indi müzakirə olunur. Orada fikir ayrılıqları var, - nazir davam edib - Bizim mövqeyimiz sadədir: oturmaq və hələ də razılaşdırılmamış qalan bütün məsələləri rəsmi yaradılmış komissiya çərçivəsində həll etmək lazımdır".

26 noyabr 2021-ci ildə Soçidə Rusiya, Azərbaycan prezidentləti və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar aparılıb. Elə orada da ölkələr arasında dövlət sərhədinin delimitasiyası və sonrakı demarkasiyası üzrə komissiyanın yaradılması barədə qərar qəbul edilib.

Turanın xəbərində qeyd olunur ki, Rusiya Federasiyası tərəflərin sorğusu əsasında məsləhət yardımı göstərəcək.
Geri qayıt