Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > İranın Ali dini lideri Əli Xameneyinin bacısı qızı həbs olunub - FOTO
İranın Ali dini lideri Əli Xameneyinin bacısı qızı həbs olunub - FOTO17-01-2022, 20:30. |
İranın Ali dini lideri Əli Xameneyinin vətəndaş cəmiyyəti fəalı olan bacısı qızı saxlanıb. Fəalın ölkənin keçmiş şah ailəsi üzvünü tərifləyəndən sonra saxlandığı xəbər veirilir. CivilAzerbaijan.com bildirir ki, İran Kəşfiyyat Nazirliyinin agentləri Fəridə Muradxanini yanvarın 14-də həbs ediblər. Evində keçirilən reyd zamanı isə onun bəzi şəxsi əşyaları müsadirə olunub. Məlumatı ABŞ-da yerləşən İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) yayıb. Agentliyin yanvarın 16-da yaydığı xəbərə görə, Muradxani Tehrandakı Evin həbsxanasına köçürülüb. “Çox narahatıq, xəbərimiz yox idi… indi onun Evin həbsxanasında olduğunu bilirik”, – fəalın Fransada yaşayan qardaşı Mahmud Muradxani Londonda yerləşən farsdilli “Iran International” peyk xəbər kanalına söyləyib. Fərəh Dibanı tərifləyib Muradxaninin Kəşfiyyat Nazirliyinin nəzarətində olduğu bildirilir. O, İranda ölüm hökmünə qarşı, mülki azadlıqlar uğrunda mübarizə aparırdı. Həbsindən öncə sosial mediada paylaşdığı videoda onun İranın sonuncu şahının həyat yoldaşı Fərəh Dibanı təriflədiyi görünür. Video keçmiş şahbanunun 83-cü ad günü münasibətilə onlayn tədbirdə çəkilib. Şah Məhəmməd Rza Pəhləvi 1979-cu il İslam İnqilabına qədər İranı idarə edib. Fərəh hazırda Fransada yaşayır. Azadlıq Radiosunun məlumatına görə, Muradxaninin atası, İslam Respublikasına qarşı çıxan dissident Şeyx Əli Tehrani İranda 10 il həbs cəzası çəkib. Fəridə Muradxani Geri qayıt |