Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > ABŞ Rusiyanın tələblərini qəbul etmədiyini rəsmən bəyan edib
ABŞ Rusiyanın tələblərini qəbul etmədiyini rəsmən bəyan edib27-01-2022, 12:00. |
Çərşənbə günü Vaşinqton Rusiyanın onun təhlükəsizliyini təmin etmək tələblərinə cavab verib. Kremlə cavabı ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan göndərib. CivilAzerbaijan.com bildirir ki, Dövlət Departamentində dövlət katibi Entoni Blinkenin jurnalistlərə verdiyi məlumata görə, "Cavablarımız Ukrayna ilə və Avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla tamamilə razılaşdırılıb". Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib. Hələlik sənədin Rusiya-Ukrayna sərhədində gərginliyin azalmasına səbəb olub-olmayacağı aydın deyil. Blinken qeyd edib ki, "Rusiyanın təhlükəsizliyin pozulmasına yönəlmiş addımları ilə bağlı narahatlıqlar qalmaqdadır. Eyni zamanda, biz ortaq dil tapmaq üçün Rusiyanın dilə gətirdiyi narahatlığa öz təkliflərimizlə cavab verdik", deyə o qeyd edib. Sənəddə təsdiq edilir ki, Vaşinqton Moskvanın əsas tələblərini: NATO-nun Baltika və Şərqi Avropa ölkələrində iştirakdan imtina etməsi, Ukrayna və Gürcüstanın isə Alyansa daxil olmaq hüququndan tamamilə məhrum edilməsi tələblərini qəbul etmir. "Biz NATO-nun qapılarını açıq saxlayacağıq və bu öhdəliyimizi yerinə yetirəcəyik", deyə Blinken qeyd edib. Sənəddə həmçinin Ukraynaya qüvvələrin yerləşdirilməsi, həmçinin Avropada nüvə silahlarına nəzarətlə bağlı "qarşılıqlı şəffaflıq tədbirləri" təklif olunur. "Biz açıq şəkildə bildiririk ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü, həmçinin dövlətlərin öz təhlükəsizlik mexanizmlərini və ittifaqlarını seçmək hüququ da daxil olmaqla, bizim dəstəkləmək və qorumaq öhdəliyi götürdüyümüz əsas prinsiplər var", deyə Blinken bildirib. Moskva həmçinin ABŞ-ın Avropadan nüvə silahını yığışdırmasını və 1997-ci ildən sonra alyansa qoşulmuş keçmiş sovet bloklarından qoşunları və silahları çıxarmasını tələb edib. Vaşinqton bu tələbləri "yersiz" hesab edib. ABŞ-ın cavabında "Rusiya istəsə, irəliyə doğru ciddi diplomatik yol nəzərdə tutulur", deyən Blinken əlavə edib ki, yaxın günlərdə, Rusiya rəsmiləri Amerikanın cavabını oxuduqda və danışıqlara hazır olduqda, o, Rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmağa ümid edir. Geri qayıt |