Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Ermənistan Türkiyə və Azərbaycanla barışmalıdır - Ermənistanın gələcək prezidenti
Ermənistan Türkiyə və Azərbaycanla barışmalıdır - Ermənistanın gələcək prezidenti3-02-2022, 17:23. |
"Ermənistan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalıdır". CivilAzerbaijan.com bildirir ki, bu barədə hakim Mülki Müqavilə Partiyasından prezidentliyə namizəd Vaaqn Xaçatryan Ermənistan ictimai televiziyasına müsahibəsində söyləyib. Xaçatryan qonşularla müharibə, hətta mübahisə etməyi təsəvvür edə bilmir. "Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür", - o deyib. O, müxalifətin "Ermənistanı sülhə məcbur edirlər" tezisini köhnəlmiş adlandırıb. "Ermənistan vətəndaşları anlamalıdırlar ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq da, sülhə can atmalıyıq, başqaları ilə münasibətlərdə bunu əldə rəhbər tutmalıyıq", - Xaçatryan deyib. Turanın məlumatına görə, Ermənistan-Türkiyə prosesinə gəlincə, o, buna da çox müsbət yanaşır. "Onu davam etdirmək lazımdır, nəticədə proses iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq", - Xaçatryan bildirib. Geri qayıt |