Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > ABŞ, Kanada, Avropa İttifaqı və Böyük Britaniya Putin və Lavrova sanksiyalar tətbiq ediblər
ABŞ, Kanada, Avropa İttifaqı və Böyük Britaniya Putin və Lavrova sanksiyalar tətbiq ediblər26-02-2022, 15:21. |
Mənbə: EURACTİV.com Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda cümə günü ABŞ, Kanada, Aİ və Böyük Britaniya Vladimir Putinin və Sergey Lavrovun xarici aktivlərini dondurublar. CivilAzerbaijan.com bildirir ki, bu barədə Turanın Vaşinqtondakı müxbiri məlumat verib. "ABŞ Rusiyanın Ukraynaya əsassız, səbəbsiz və qərəzli müdaxiləsinə sərt reaksiyalar verməyə davam edir", deyə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir. Prezident Putin və nazir Lavrov "Rusiyanın Ukraynaya - demokratik suveren dövlətə səbəbsiz və qanunsuz müdaxiləsinə görə birbaşa məsuliyyət daşıyırlar". "Bundan başqa, ABŞ Dövlət Departamenti müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı sanksiyalar tətbiq edib", deyə Maliyyə Nazirliyinin məlumatında qeyd edilir. "Biz Rusiyanın Ukraynaya müdaxiləni davam etdirməsinə görə ciddi iqtisadi və diplomatik qiymət ödəyəcəyinə zəmanət vermək üçün beynəlxalq müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə hərəkət edirik", deyə maliyyə naziri Canet Yellen bildirib. Bu qərarlar prezident Baydenin NATO-dan olan həmkarları ilə danışıqlar aparmasından və Ukrayna prezidenti Zelenski ilə 40 dəqiqəlik telefon söhbətindən sonra qəbul edilib, bu barədə Ağ Evdən TURAN-ın müxbirinə bildiriblər. "Mən NATO-dan olan müttəfiqlərimizə dəstək məqsədilə Avropada potensialımızın artırılması üçün əlavə qüvvələr göndərməyi əmr etdim. Putin Qərbin bölünməsi məqsədinə nail olmaqda uğursuzluğa düçar olub", deyə Bayden bildirib. "NATO heç vaxt olmadığı qədər vəhdət və qətiyyət içindədir və NATO bizim dəyərlərimizə ortaq olan və bir gün bizim Şimali Atlantika İttifaqımıza qoşulmağa can ata biləcək Avropa dövlətləri üçün qapılarını açıq olaraq saxlayacaq. Mən ölkəsi uğrunda mübarizə aparan Ukrayna xalqının cəsarətli hərəkətlərinə görə prezident Zelenskini təqdir edirəm", deyə Bayden bildirib. Geri qayıt |