Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Aleksey Navalnı Rusiya vətəndaşlarını itaətsizliyə çağırdı

Aleksey Navalnı Rusiya vətəndaşlarını itaətsizliyə çağırdı


1-03-2022, 14:23.
title}


“Putin Ukraynaya müharibə elan edib. Ancaq bunu elə formada təqdim edirlər ki, sanki Ukrayna Rusiya tərəfindən, yəni hamımız tərəfindən işğala məruz qalıb. Bu, düzgün deyil”.

CivilAzerbaijan.com
bildirir ki, hazırda həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının hərəkatı fevralın 28-də “Twitter”-də yaydığı məlumatda belə bəyan edib. Hərəkat Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq insanları vətəndaş itaətsizliyi kampaniyasına çağırır.

“Biz müharibəni dəstəkləmədiyimizi göstərməliyik. Rusları vətəndaş itaətsizliyinə çağırırıq. Susmayın”, – çağırışda bildirilir.

Aleksey Navalni ötən il Moskva Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib. Onun təşkilatları ilə bağlı qərarda deyilir ki, onlarla işləmiş fəalları uzunmüddətli həbs cəzası gözləyir.

Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə “xarici agent” damğası vurulub.

Navalni Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb. Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılmışdı.

O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb. Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.

Yanvarın 25-də isə Aleksey Navalnı və onun bir neçə müttəfiqi də həmin “terrorçu və ekstremistlər” siyahısına əlavə edilib.

O vaxtdan bəri səlahiyyətlilər onun hərəkatına münasibəti daha da sərtləşdirib. Nəticədə, Navalni tərəfdarlarından bir neçəsi ölkəni tərk edib.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Rusiyada etirazları və həbsləri izləyən OVD-İnfo qrupu Rusiyanın fevralın 27-də Ukraynanı işğal etməsindən sonra indiyədək 6006 nəfərin müharibə əleyhinə nümayişlərə görə həbs edildiyini bildirib. Ukrayna və Qərb bu bəhanəni əsassız təbliğat kimi rədd edib.
Geri qayıt