Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Volodimir Zelenskini öldürmək cəhdlərinin qarşısı necə alınıb - TƏFƏRRÜAT

Volodimir Zelenskini öldürmək cəhdlərinin qarşısı necə alınıb - TƏFƏRRÜAT


4-03-2022, 13:16.
title}


Son həftə ərzində Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı ən az üç sui-qəsd cəhdi olub.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Britaniyanın The Times qəzeti xəbər verib.

Jurnalistlərin məlumatına görə, Ukrayna liderini öldürmək üçün iki fərqli qrup - Kremlyönlü Vaqner qruplaşmasının muzdluları və çeçen xüsusi təyinatlıları göndərilib. Hər dəfə sui-qəsd Ukrayna ilə müharibənin əleyhinə olan Rusiya FTX-nin əməkdaşları sayəsində baş tutmayıb, deyə nəşr yazıb.

"Vaqner" muzdluları Kiyevdə cəhdləri zamanı itkilər verib və Ukraynalıların onların atacağı addımlardan əvvəlcədən nə dərəcədə dəqiq görməsindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün "qorxunc" olub.

Turanın xəbərində qeyd olunur ki, həmçinin, şənbə günü Kiyev yaxınlığında çeçen muzdlulardan ibarət qrupun sui-qəsdinin qarşısı alınıb, onlar məhv edilib.
Geri qayıt