Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Blinken: ABŞ Putinin Ukraynada uğursuzluğa düçar olacağından "tamamilə əmindir" - AÇIQLAMA
Blinken: ABŞ Putinin Ukraynada uğursuzluğa düçar olacağından "tamamilə əmindir" - AÇIQLAMA10-03-2022, 13:19. |
Ukraynada iki həftədir davam edən müharibə ərzində Rusiya minimum nəticə əldə edib və gözlənildiyindən daha çox mübarizə aparıb, bu barədə çərşənbə günü ABŞ-ın yüksək vəzifəli rəsmiləri bəyan edib. CivilAzerbaijan.com bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib. "Biz Ukraynanın tez tabe olmasına dair ilkin hərbi planın uğursuzluğa düçar olduğunu gördük. Bu, uğursuzluqdur", deyə dövlət katibi Entoni Blinken bildirib. Vaşinqton "əmindir ki", Vladimir Putin Ukraynanı özünə tabe etmək cəhdlərində uğursuzluğa düçar olacaq. "Tamamilə əminəm ki, Putin uğursuzluğa düçar olacaq, Rusiya isə, Ukraynada nə qədər qısamüddətli taktiki uğurlara nail olsa da, strateji məğlubiyyətə düçar olacaq", deyə Blinken əlavə edib. "Siz döyüşü uda bilərsiniz, amma bu, o demək deyil ki, müharibəni udacaqsınız. Əksinə, bir şəhəri ala bilərsiniz, amma onun sakinlərinin qəlblərini və ağıllarını ala bilməzsiniz və ukraynalılar gündən-günə bunu nümayiş etdirirlər. Kremlin əsas məqsədi - Kiyev hökumətini devirmək və onu marionet rejimlə əvəz etmək məqsədi nail olunması çətin olan hədəf olaraq qalır, hərbi əməliyyat özü isə bir çox səhvlər ucbatından ləngiyib. "Putinin məqsədi hazırki hökuməti dəyişdirib, marionet rejim qurmaqdırsa, aydın məsələdir ki, ukraynalılar bunu heç vaxt qəbul etməyəcəklər", deyə Blinken bildirib. Vaşinqton həmçinin Moskvanın ABŞ-ın Ukrayna ərazisində bioloji silah yerləşdirdiyini bəyan etməsindən sonra Rusiyanın kimyəvi silah tətbiq etməsi ehtimalı haqqında xəbərdarlıq edir. Dövlət Departamentinin bəyanatında deyilir ki, bu, Rusiyanın dezinformasiyası, "tamamilə cəfəngiyyatdır". "İndi, Rusiya bu yalan bəyanatları verdikdən, Çin isə, göründüyü qədər, bu təbliğatı dəstəklədikdən sonra, Rusiya Ukraynada kimyəvi və ya bioloji silah tətbiq edərsə, biz hamımız ayıq olmalıyıq", deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. Geri qayıt |