Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Putin Yaxın Şərqdən olan muzdluların Ukraynaya göndərliməsini tapşırıb

Putin Yaxın Şərqdən olan muzdluların Ukraynaya göndərliməsini tapşırıb


11-03-2022, 18:08.
title}


Cümə günü Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərilə keçirilən müşavirədə Ukraynada müharibəyə xarici muzdluların göndərilməsi ideyasını dəstəkləyib. Belə ki, müdafiə naziri Şoyqu məlumat verib ki, "artıq çox müraciət daxil olub, ən çox Yaxın Şərqdəndir -16 min nəfərdən çox”.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Kremlin saytındakı məlumatda deyilir.

Prezident bu təklifi dəstəkləyib və qeyd edib ki, "Ukraynanın qərb sponsorları" artıq döyüş bölgəsinə muzdluları göndərirlər.

"Odur ki, əgər görsəniz ki, könüllülük əsasında, üstəlik pul qarşılığında yox, gəlib Donbasda yaşayan adamlara kömək göstərmək istəyənlər var, onları qarşılamaq lazımdır”, - Putin deyib.

Turanın məlumatında qeyd olunur ki, Rusiya dolayısı ilə döyüş qabiliyyətli hissələrin çatışmazlığını etiraf edib və özü Yaxın Şərqdən yaraqlıların iştirakı ilə müharibənin beynəlmiləlləşdirilməsinə təşəbbüs edir. Şübhə yoxdur ki, söhbət Rusiya tərəfilə sıx əməkdaşlıq edən Suriya və Liviya yaraqlılarından gedir.
Geri qayıt