Əsas Səhifə > Dünya / Melange / Manşet / Üst manşet > Rusiya Müdafiə Nazirliyi təxminən 10 min əsgərin həlak olduğunu etiraf edib?

Rusiya Müdafiə Nazirliyi təxminən 10 min əsgərin həlak olduğunu etiraf edib?


23-03-2022, 16:18.
title}


Martın 21-də Rusiyanın "Komsomolskaya pravda" nəşrinin saytında Ukraynada müharibədə 9861 rusiyalı əsgərin həlak olması, 16153 nəfərin isə yaralanması barədə məlumat dərc olunub.

CivilAzerbaijan.com
bildirir ki, nəşr Müdafiə Nazirliyindəki mənbələrə istinad edib. Ancaq bir gün sonra, ölən və yaralananların sayı haqqında abzas silinib. Lakin İnternetdə mətnin orijinalı arxivlərdə qalıb.

"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Federasiyası Silahlı Qüvvələri 9861 nəfər itirib, 16153 nəfər yaralanıb",- məlumatda deyilirdi.

Bundan öncə Rusiya Müdafiə Nazirliyi həlak olanlar barədə yalnız bir dəfə -martın 2-də məlumat vermişdi. O vaxt 498 nəfərin həlak olduğu bildirilirdi.

Turanın xəbərində qeyd olunur ki, Ukrayna tərəfi öz növbəsində bildirib ki, həlak olan rus hərbçilərin sayı daha çoxdur – martın 22-i üçün ən azı 15 min nəfər.
Geri qayıt