Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların ləğv edilmə şərtlərini açıqlayıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların ləğv edilmə şərtlərini açıqlayıb27-03-2022, 17:03. |
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyir ki, Rusiya prezidenti hücuma son qoysa və "daha təcavüz etməyəcəyinə" söz verərsə, Ukraynaya müdaxilədən sonra varlı rus elitasını və bizneslərini cəzalandırmaq üçün tətbiq edilən sanksiyalar ləğv edilə bilər. CivilAzerbaijan.com bildirir ki, o bu sözləri martın 27-də "Sunday Telegraph" qəzetinin dərc olunan müsahibəsində deyib. Məlumatda o da qeyd olunur ki, London və müttəfiqləri Rusiya prezidenti Vladimir Putin və onun himayədarlarına qarşı sanksiyaları “davamlı şəkildə gücləndirəcək”. "Bu sanksiyalar yalnız tam atəşkəs və geri çəkilmə ilə, həm də bundan sonra heç bir təcavüz olmayacağına dair öhdəliklərdən sonra ləğv edilə bilər", - Truss deyib. "Bundan başqa gələcək işğalın davam edəcəyi halda ani sanksiyaların tətbiq olunması imkanları da var. Düşünürəm ki, bu, istifadə edilə biləcəyimiz əsl rıçaqdır." Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə Putinə müraciət edərək hərbi əməliyyatları dayandırmağa və müharibəyə son qoymağa çağırıb. O belə bir şağırışla sonuncu dəfə martın 25-də çıxış edib. Azadlıq Radiosunun məlumatına görə, Böyük Britaniyanın sanksiyaları hazırda ümumi aktivləri 500 milyard funt-sterlinq (təxminən 658,65 milyard dollar) olan banklara və 150 milyard funt-sterlinqdən çox olan rus oliqarxlarına və onların ailələrinə qarşı tətbiq edilir. Geri qayıt |