Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Müttəfiqlər Rusiyanın vədlərinə inanmır, şübhə edir - SƏBƏB

Müttəfiqlər Rusiyanın vədlərinə inanmır, şübhə edir - SƏBƏB


30-03-2022, 16:00.
title}


Çərşənbə axşamı Vaşinqton Moskvanın Türkiyədə Ukrayna və Rusiya rəsmiləri arasında davam edən danışıqlara etimadı artırmaq üçün Ukraynadakı əməliyyatları məhdudlaşdırmaq vədlərinə dərin şübhə ilə reaksiya verib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

"Hələlik nəticə çıxarmaq tezdir", deyə prezident Co Bayden Moskvanın Kiyevdə əməliyyatların azaldılması haqqında bəyanatı ilə əlaqədar jurnalistlərə söyləyib.

İstanbulda Ukrayna və Rusiya rəsmiləri arasında danışıqlar, görünür, yüksək səviyyədə mümkün görüşə doğru müəyyən irəliləyiş əldə edilməsinə gətirib çıxarıb. Amma Kiyev və Çerniqov ətrafında Rusiyanın hücumlarının azalmasına baxmayaraq, digər istiqamətlərdə, xüsusən Ukraynanın cənubunda və şərqində hücumlar zəifləmir, hətta artır, Pentaqonda belə hesab edirlər.

"Biz Rusiyanın Ukraynanın digər bölgələrinə hücum edəcəyini gözləyirik", deyə Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.

"Biz Rusiyanın bir ay daxili auditoriyanı "Donbası azad etməklə" məşğul olduğuna inandırmağa çalışdığını gördük. Amma Ukraynaya hücum göstərdi ki, Kremlin əsl niyyəti demokratik yolla seçilmiş hökuməti devirmək və Ukraynanın böyük hissəsini işğal etmək idi", deyə Kirbi qeyd edib.

Çərşənbə axşamı Bayden Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliya baş naziri Mario Draqi və Böyük Britaniya baş naziri Boris Consonla danışıb.

Liderlər Ukraynaya hücuma görə Rusiyaya qarşı sanksiyaları və Ukraynaya təhlükəsizlik sahəsində köməyi davam etdirməkdə qətiyyətli olduqlarını təsdiq ediblər, deyə Ağ Evin məlumatında bildirilir.

Çərşənbə axşamı axşam saatlarında Vaşinqton Rusiya kəşfiyyatının Avropadan və bütün dünyadan qovulmasını alqışlayıb. "Tərəfdaşlarımızın qeyd etdiyi kimi, bu, Ukraynaya qarşı təcavüzə cavabdır. Biz onların milli təhlükəsizliyini Rusiya Federasiyası kəşfiyyatının təhdidlərindən qorumaqda tərəfdaşlarımızla həmrəyik", deyə Dövlət Departamentinin bəyanatında bildirilir.
Geri qayıt